26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Böyükağa Hacıyev: “Arif Əsədov özü getməliydi”

"NEFTÇI" BU OYUNLA “QARABAĞ”I UDSAYDI, AZƏRBAYCAN FUTBOLUNUN SONU OLACAQDI”

"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan Kubokunun finalı barədə danışıb. Futbolxeber.az-ın məlumatına görə, Hacıyev bildirib ki, gözlənilən baş verib və "Qarabağ" layiqli qələbə qazanıb: "Deyəsən, bəziləri doğrudan da "Neftçi"nin qalib gələcəyini gözləyirdi. Mənim "ağ-qaralar"a böyük hörmətim var. Amma reallıqla yaşamaq lazımdır. Bu gün "Qarabağ" ölkənin ən güclü klubudur. Həm çempionat, həm də kubok yarışlarının səviyyəsi çox aşağı düşüb. Cəmi 1-2 komanda yaxşı futbol sərgiləyir. "Qarabağ"ın qalib gəlməsi ədalətin təntənəsi idi. "Neftçi" bu oyunla udsaydı, Azərbaycan futbolunun sonu olacaqdı. Finalda "ağ-qaralar"ın futbolçularında istək, əzmkarlıq görmədim. Bir-iki futbolçunu çıxmaq şərtiylə, digərləri aşağı səviyyədə oynadı".

Böyükağa Hacıyev həmkarı Arif Əsədovun istefaya göndərilməsiylə bağlı danışmaq istəməsə də, məşqçinin gecikdiyini deyib: "Həmkarım haqda danışmaq çətindir. Sadəcə, bir məqamı deməliyəm. Eşitmişəm ki, oyundan sonra jurnalistlərə deyib ki, hələ 1 illik müqaviləm var. Belə oyunda uduzursansa, getməlisən. O, Muşahidə Şurasının iclasını gözləməməliydi. Özü getməliydi, belə daha yaxşı olardı".

Hacıyev eyni zamanda "Neftçi"yə əcnəbi məşqçinin dəvət olunmasını yanlış qərar hesab edir: "Hər şeyi rəhbərlik həll edəcək. Öncə "Qarabağ"a Çempionlar Liqasında, "Neftçi"yə Avropa Liqasında uğur diləyirəm. İndiki zamanda "ağ-qaralar"da islahatlara ehtiyac var. Futbolçuların çoxu dəyişməlidir. Heyətə yeni nəfəs lazımdır. Məşqçi məsələsinə gəlincə, uğurların hamısını yerlilər qazanıb. Əcnəbi məşqçinin gəlişi yanlış addım olacaq".

"Neftçi"nin Avropa Liqasındakı perspektivlərinə gəlincə, sabiq baş məşqçi proqnoz verməkdən çəkinməyib: "Bu, bizim görmək istədiyimiz komanda deyil. Bu "Neftçi"dən pley-off tələb etmək olmaz. Bir mərhələ keçsələr, onları alqışlamaq lazımdır. Çünki, oyun baxımından geriləmə var".

"Təklif olsa, "Neftçi"yə qayıdarsınızmı?" sualına isə Böyükağa Hacıyevin cavabı qısa oldu: "Olmayan təklif haqda danışmaq düzgün deyil. "Neftçi"dən zəng gəlsə, fikirləşərəm".

Mənbə: azerisport.az




Ad: qasim;   E-mail: [email protected]

04.06.2015 23:29

Kubok final Neftci-Zeif-Baki Novruz 0-2
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30