26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Sumqayıt”dan ilk

Azərbaycan Premyer Liqasının XXXVI turu “Sumqayıt” üçün ilklə əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi tarixində ilk dəfə “İnter”ə qalib gəlib. Paytaxt təmsilçisi ilə əvvəlki 11 qarşılaşmada qalib gələ bilməyən sumqayıtlılar uğursuz seriyanı ev oyununda qırıb - 3:1. Əvvəlki qarşılaşmalarda cəmi 1 qol vurub, 3 heç-heçə edən “Sumqayıt” 8 dəfə uduzmuşdu.

Bu qələbə “Sumqayıt”ın ardıcıl 2-ci uğuru olub. XXXV turda “Xəzər Lənkəran”a qalib gələn (2:0) sumqayıtlılar Premyer Liqadakı klub rekordunu təkrarlayıb. Belə ki, komanda indiyədək ən yaxşı halda ardıcıl 2 qələbə qazanıb. Bunadək 4 belə seriyası olan sumqayıtlılar 5-ci dəfə ardıcıl 2 qalibiyyət alıb.

“Sumqayıt” həm də mövsümdə ilk dəfə bir oyunda 3 qol vurub. “Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə 2-dən artıq qol 2014-cü il aprelin 20-də “Neftçi” ilə səfər matçında vurmuşdu. Onda 3:1 hesabı ilə qalib gələn sumqayıtlılar 403 gündən sonra belə məhsuldarlıq göstərib.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30