27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Neftçi”: 20-ci çempionatda 15-ci mükafat

 

Premyer Liqanın 31-ci turundan sonra 2012/13 mövsümünün mükafatçılarının tam siyahısı müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, “Neftçi” qızıl, “Qarabağ” gümüş, “İnter” bürünc medalları təmin edib. Ardıcıl 3-cü dəfə ilk “üçlük”də yer alan “Neftçi” əvvəlki 2 ildə olduğu kimi çempion titulunu qazanıb. Bakılılar buna ardıcıl 3 dəfə nail olan ilk komandadır.

“İnter” isə ardıcıl 2-ci dəfə qazandığı medalın əyarını ötənilki kimi bürüncdə saxlayıb. Paytaxt təmsilçisi “Turan”, “Neftçi” və “Qarabağ” kimi ardıcıl 2 mövsüm bürünc qazanan 4-cü komandadır. “Qarabağ” isə 1 illik fasilədən sonra mükafatçılar arasına qayıdıb.

Ümumilikdə isə “Neftçi” 20 çempionatda 15-ci mükafatını qazanıb. Medal sayında 2-ci pillənin vahid sahibinə çevrilən “Qarabağ”ın 7, “İnter”in isə 5 mükafatı var. Lakin medalların əyarına görə ağdamlılar yalnız 6-cıdır.

“Neftçi” həm qızıl (8), həm də bürünc medalların (5) sayında da hamıdan öndədir. 3-cü gümüşünü qazanan “Qarabağ” “Xəzər Lənkəran”a məxsus olan ikincilik rekordunu təkrarlayıb.

yer

klub

I

II

III

CƏMİ

1

Neftçi

8

2

5

15

2

Kəpəz

3

1

2

6

3-4

Bakı (əvvəlki Dinamo)

2

2

1

5

 

Şəmkir

2

2

1

5

5

İnter

2

1

2

5

6

Qarabağ (2001-04-cü illərdə Qarabağ-Azərsun)

1

3

3

7

7

Xəzər Lənkəran

1

3

0

4

8

Turan

1

1

2

4

9

Xəzər S

0

2

0

2

10-11

Xəzri

0

1

1

2

 

Karvan

0

1

1

2

12

AZAL (əvvəlki Olimpik)

0

1

0

1

13-14

Simurg

0

0

1

1

 

Viləş

0

0

1

1

21-ci milli çempionatda komandalar 20-ci dəfə mükafatçıları müəyyənləşdirdilər. Buna səbəb 2001/02 mövsümünün yarımçıq qalmasıdır. Bundan başqa 2002/03 mövsümü ümumiyyətlə keçirilməyib. 1992 və 1993 mövsümləri yaz-payız, digərləri isə payız-yaz sistemləri ilə keçirilib. 1996/97 mövsümündə qızıl “Qarabağ”a, gümüş “Neftçi”yə verilsə də UEFA bakılıları çempion, Ağdam təmsilçisini vitse-çempion qəbul edib.

Mövsüm

Çempion

II yer

III yer

1992

“Neftçi”

“Xəzər” S

“Turan”

1993

“Qarabağ”

“Xəzər” S

“Turan”

1993/94

“Turan”

“Qarabağ”

“Kəpəz”

1994/95

“Kəpəz”

“Turan”

“Neftçi”

1995/96

“Neftçi”

“Xəzri”

“Kəpəz”

1996/97

“Neftçi”

“Qarabağ”

“Xəzri”

1997/98

“Kəpəz”

“Dinamo”

“Şəmkir”

1998/99

“Kəpəz”

“Şəmkir”

“Neftçi”

1999/2000

“Şəmkir”

“Kəpəz”

“Neftçi”

2000/01

“Şəmkir”

“Neftçi”

“Viləş”

2003/04

“Neftçi”

“Şəmkir”

“Qarabağ-Azərsun”

2004/05

“Neftçi”

“Xəzər Lənkəran”

“Karvan”

2005/06

“Bakı”

“Karvan”

“Neftçi”

2006/07

“Xəzər Lənkəran”

“Neftçi”

“Bakı”

2007/08

“İnter”

“Olimpik”

“Neftçi”

2008/09

“Bakı”

“İnter”

“Simurq”

2009/10

“İnter”

“Bakı”

“Qarabağ”

2010/11

“Neftçi”

“Xəzər Lənkəran”

“Qarabağ”

2011/12

“Neftçi”

“Xəzər Lənkəran”

“İnter”

2012/13

“Neftçi”

“Qarabağ”

“İnter”

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30