26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Qəbələ” “Sumqayıt”la matçın hazırlıqlarına start verdi

Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində mayın 8-də “Sumqayıt”la qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarına start verib. Futbolxeber.az-ın məlumatına görə, “Qarabağ”la mayın 2-də evdə keçirilən XXXII turun oyunundan (1:1) sonra iki gün istirahətə buraxılan “qırmızı-qaralar” bu gün çalışmalarını bərpa edib. Əvvəl fiziki hazırlıq keçən komanda ardınca toplu çalışamlara üstünlük verib. Komandanın hazırlıqlarına 3 futbolçu qatılmayıb. Fizioterapiya kursu keçən Dodo və zədə səbəbindən müalicə olunan Ruslan Əmircanovla yanaşı, boğazında ağrılar olan Cavid Hüseynov da məşqə qatılmayıblar. Onlar “Sumqayıt”la oyunda da komandaya kömək edə bilməyəcək. Roman Qriqorçukun yetirmələri sabah Qəbələ şəhər stadionunda məşq keçəcək. Mayın 7-də komanda Bakıda bir araya gələcək.

Qeyd edək ki, mayın 8-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt”la qarşılaşma saat 18:00-da başlayacaq.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30