27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Şahdağ” - “Zirə” oyunundan öncə xeyriyyə aksiyası keçirildi

Futbol üzrə Azərbaycan I Divizionunun XXV turunda keçirilən “Şahdağ” - “Zirə” (0-1) görüşündən öncə xeyriyyə aksiyası reallaşıb. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Şahdağ” klubunun təşəbbüsü ilə həyata keçirilən “1 manat” aksiyasının səbəbi Şahbalayev Asim Orxan oğlunun əməliyyatına dəstək olmaqdır. “Şahdağ”ın təşəbbüsü ilə reallaşan xeyriyyə aksiyasında futbol ictimaiyyəti fəal iştirak edib. "Şahdağ" - "Zirə" oyunundan öncə Qusar şəhər stadionun girişində qutu quraşdırılıb. Oyun başa çatandan sonra, bir sıra azarkeşlərin, futbolçuların, jurnalistlərin və Asimin atasının iştirakı ilə qutu açılıb və yığılan vəsait sayılıb, aktlaşdırıb.

Yığılan vəsait 2150.20 manat və 100 rus rublu təşkil edib. Bütün vəsait Asimin atası Orxan bəyə təhvil verilib.

Peşəkar Futbol Liqasının rəsmi saytı xeyriyyə aksiyasından hazırladığı videonu təqdim edir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30