27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Ermənilər tərəfindən qətlə yetirilən sabiq azərbaycanlı futbolçu Qazaxda dəfn olunub

Ermənilər tərəfindən Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən 27 yaşlı azərbaycanlı futbolçu Emil Hüseynovun meyiti Azərbaycana gətirilib. Futbolxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Konqresinin Sverdlovsk Vilayəti üzrə regional bölməsinin sədri Şahin Şıxlinski bildirib ki, E. Hüseynovun meyiti ötən axşam Bakıya, sonra isə Gəncəyə aparılıb.

E. Hüseynov bu gün Qazax rayonunun Fərəhli kəndində dəfn olunub.

Qeyd edək ki, E. Hüseynov aprelin 19-da səhər saatlarında Yekaterinburqda kafelərin birində baş vermiş insident nəticəsində bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törədənlər dərhal aradan çıxıb. Araşdırma zamanı məlum olub ki, həmyerlimizi bıçaqlayan milliyyətcə erməni Tiqran və Andranik Çiçakyan qardaşlarıdır.

Hüquq-mühafizə orqanları ilkin olaraq qətldə iştirak edən 5 nəfəri saxlayıb. Bir nəfər barəsində isə axtarış verilib. T. Çiçakyan barəsində cinayət işi başlanıb. Saxlanılan digər şəxslərin və hadisə şahidlərinin dindirilməsi davam edir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30