26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Vüqar Nadirov: “Bakı” ilə oyundakı xal itkisini arxayınlaşmayla bağlamaq olmaz”

“Qarabağ”ın və milli komandanın futbolçusu Vüqar Nadirovun müsahibəsi

- Ölkə çempionatının XXVIII turunda “Bakı” ilə heç-heçə etməyiniz birmənalı qarşılanmadı. Autsayderlə matçdakı xal itkisini nə ilə əlaqələndirirsiniz?

- Oyuna qələbə qazanmaq üçün çıxmışdıq, ancaq alınmadı. Arxayınlaşma yox idi. Yəni xal itkimizi bununla bağlamaq olmaz. Futboldu da, arada sürpriz nəticələr olur.

- Növbəti turda AZAL-ı qəbul edəcəksiz. Rəqibin son turlarda məğlubiyyətləri sıralaması işinizi bir qədər də asanlaşdırırmı?

- AZAL yaxşı komandadı. Onlarla çox qarşılaşmışıq. AZAL “İnter”in tərzində oynayır. Hücum xətti güclüdü, müdafiəsi də yaxşıdı. Düzdü, son matçda 0:4 hesabı ilə uduzdular. Amma bu, AZAL-ın zəif komanda olduğunu göstərmir.

- Son nəticələrdən sonra “İnter”lə aradakı xal fərqi 7-yə endi. Bu, “Qarabağ”ın üzvlərində gərginlik yarada bilərmi?

- Düşünmürəm ki, gərginlik yarada. Amma məsuliyyətimizi birə-beş artırdı. Bizi vaxtından əvvəl çempion kimi qələmə vermələri yaxşı hal deyil. Bu, komandanın ziyanınadı. Təriflərə aldanan deyilik. Sona qədər mübarizəmizi davam etdirəcəyik. Əsas odu ki, öz oyunumuzu göstərə bilək.

- “Qarabağ”la müqavilənizin müddəti mövsümün sonunda başa çatır. Klub rəhbərliyi ilə yeni sözləşmə haqda danışığınız olubmu?

- Açığı, hələ bu barədə danışmamışıq. Yəqin ki, mövsümün sonunda söhbət edəcəyik.

- Başqa klublardan təklif almısızmı?

- Xeyr. Heç bir klubdan təklif gəlməyib.

- “Qarabağ”dan bu mövsüm Avrokubokda daha yaxşı çıxış gözlənilir. Ən azından, ötən ildəki uğuru təkrarlamalısız. Yəqin ki, bunun məsuliyyətini dərk edirsiz...

- İndiki məqamda bizi yalnız ölkə çempionatı düşündürür. Vaxtı gələndə Avrokubok oyunları barədə düşünərik. İnşallah, yenə qrupda oynayarıq.

- Yeni transfer Dani Quintana çempionat oyunlarında “Qarabağ”a kömək edə bilməsə də, məşqlərdə iştirak edir. Sizcə, ispan futbolçu komandaya əlavə güc qata biləcəkmi?

- Məşqlərdən hiss olunur ki, yaxşı futbolçudu. Sadəcə, komandaya bir qədər gec qoşuldu. Hazırda uyğunlaşma prosesini keçir. Avrokubok oyunlarında bizə kömək edə biləcək. Məncə, xeyri dəyəcək, çünki təcrübəsi çoxdu.

- Əksəriyyət Azərbaycan çempionatında gərginliyin azaldığını düşünür. Bu fikirlə razısızmı?

- Həm razıyam, həm də yox. Bəlkə də, əvvəlki mövsümlərdə müqayisədə çempionluğa oynayan komandaların sayı azalıb. Ancaq yenə də oyunlar gərgin keçir. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandalar da iddialılara qarşı yaxşı müqavimət göstərirlər. Aşkar autsayder anlayışı qalmayıb.

- Bir az da milli komanda barədə danışaq. Qarşıdan Norveçlə oyun gəlir. Hansı nəticəyə ümid edirsiz?

- Əlimdən gələni edəcəm ki, Prosineçki məni yenə milliyə çağırsın. Baş məşqçi bütün oyunları izləyir, hamını görür. Odu ki, kimləri çağırıb-çağırmayacağını özü yaxşı bilir. Norveç asan rəqib deyil, qrupda 3-cü yerdə gedir. Amma inanıram ki, Prosineçkinin tətbiq etdiyi oyunla səfərdə Norveçdən xal ala bilərik.

- Deyəsən, Berti Foqtsla müqayisədə Robert Prosineçkinin oyun tərzi daha çox xoşunuza gəlir...

- Elədi. Prosineçki həm insani keyfiyyətlərinə görə, həm də futbol mənasında Foqtsdan fərqlənir.

- Prosineçki sizi yarımmüdafiənin cinahında deyil, hücumun mərkəzində oynadır. Bu, əsl bacarığınızı göstərmək mənasında problem yaratmır ki?

- Problem o mənada yaradır ki, çoxdandı bu mövqedə oynamıram. Amma hücumun mərkəzi mənim üçün yad deyil. Karyerama başlayanda birinci elə mərkəz hücumçusu mövqeyində oynamışam. İndi də yavaş-yavaş uyğunlaşıram. Sadəcə, ötürmə almaq mənasında sıxıntı çəkirəm. Ortada daha yaxşı pleymeyker olsa, işim asanlaşar. Müdafiənin arxasına atılan topları sürətimin hesabına qola çevirə bilərəm.

Mənbə: apasport.az 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30