27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Derlis Meza Kolli: “Qarabağ” kimi komandadan səfərdə xal almaq da uğur sayılmalıdı”

“İnter”in üzvü Derlis Meza Kolli Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın 27-ci turu çərçivəsində “Qarabağ”la qolsuz bərabərliyə razılaşdınız. Oyunla bağlı nə deyə bilərsən?

- Bilirdik ki, çətin oyun olacaq. “Qarabağ” ötən il çempion olub, hazırda isə turnir cədvəlinə başçılıq edir. Üstəlik, heyətlərində keyfiyyətli futbolçular çoxdu. Onlardan 9 xal geri qalırdıq. Istəyirdik ki, qələbə qazanaq və bu fərqi 6-ya endirək. Ancaq nəticə ortadadı, komandalar hərəyə 1 xalla kifayətləndi.

- “İnter” əsas rəqibini niyə məğlub edə bilmədi?

- Bu cür oyunların taleyini adətən 1 qol həll edir. Hansı tərəf fərqlənsəydi, 3 xalı da o qazanacaqdı. Bizim imkanlarımız oldu, təəssüf ki, istifadə edə bilmədik. “Qarabağ” kimi komanda ilə onun meydanında heç-heçə etmək, xal almaq da uğur sayılmalıdı.

- Bu oyuna bir növ çempionluğun müqəddəratını həll edən matç kimi də baxılırdı. Demək olarmı, “İnter” üçün zirvəyə yaxınlaşmaq bundan sonra mümkün olmayacaq?

- Qarşıda 8 oyunumuz var. Bütün komandalar bu sayda oyun keçirəcək. Bizim məqsədimiz 100 fazilik nəticə qazanmaqdı. Hər birimiz nə etməli olduğumuzu bilirik. İndidən “ağ bayraq” qaldırmaq niyyətimiz yoxdu. Mübarizəni sona qədər davam etdirəcəyik.

- “İnter” hələ də çempionluğa ümid edir?

- Biz qızıl medallar uğrunda mübarizə aparırıq. Mövsümün əvvəlində komandanın qarşısına çempion olmaq tapşırığı qoyulub. Yenə deyirəm, sona qədər iddiamızın arxasınca gedəcəyik.

- Sizin mübarizə aparmağınız yetərli olacaqmı?

- Başa düşürəm, sadəcə bizim qələbələrimiz çempionluq üçün yetərli deyil. “Qarabağ”ın nəticələrindən də çox şey asılıdı. Öz oyunumuzu oynamaqla yanaşı, qulağımız rəqibin matçlarında olacaq. Ümid edirik ki, onlar xal itirəcəklər. “Qarabağ”ın 8 oyunu qalıb və onların bütün qarşılaşmalarını qələbə ilə başa vuracaqlarına inanmıram. Yəni, xal itirmək ehtimalları var.

- “Xəzər Lənkəran”la oyun üçün motivasiyanız olacaqmı?

- Növbəti turda onlarla qarşılaşacağıq. Motivasiyamız qələbə qazanmaq olacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30