26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Vaqif Cavadovu meydanda görən oldu?”

Türkiyə mətbuatı "Boluspor"da çıxış edən millimizin futbolçusu Vaqif Cavadovu kəskin tənqid edib. Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, idman yazarı Təkin Aytuqar  futbolçumuzun çıxışını pisləyib.

“Boluspor”un trasnsfer siyasətini tənqid edən Aytuqar  millimizin hücumçusu haqda da fikrini bildirib: "Bu günə qədər canlı izləmədiyim matçların heç birinə fikir bildirməmişəm. Ancaq "Bucaspor"a verdiyimiz bir xaldan sonra yazdığım yazının altında adı başqa, cismi başqa olan şəxslərin fikirlərini görəndə pis olmamaq mümkün deyildi.

Yaxşı, bu həftə nədən yazaq? “Boluspor" çox yaxşı oynadı, "Boluspor" meydanın hər yerində vardı, oyun boyunca yüzlərlə qol imkanları yaratdıq. Baş məşqçimiz oyuna o qədər gözəl müdaxilə etdi ki, oyunçu dəyişikliyi o qədər yerində idi ki, sadəcə meydança futbol oynamaq üçün əlverişli deyildi. Qış fasiləsində aldığımız oyunçular komandaya elə xeyir verdilər ki, bu futbolçuları "Boluspor"a gətirənlərə dərin minnətdarlığımı bildirirəm. Saytlarda Cavadovun "İnter"də oynadığı yazırdılar. Əslində o, Milan deyil, Bakı "İnter"ində çıxış edirmiş. Yaratdığı üç qol fürsətindən ikisində əməyi olan Əmrə Kılıçı çıxarıb, əvəzinə "İnter"li Cavadovu meydana daxil edirsən, sonra da qol olacaq, deyə gözləyirsən. Oyunda olduğu 27 dəqiqə ərzində "İnter"li Vaqifi meydançada görən oldumu?"

Qeyd edək ki,  25 yaşlı hücumçu qış transfer dönəmində "Qaziantep BB"dədən "Boluspor"a keçib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30