27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Millimizin rəqibinin heyətində 2 erməni futbolçu

21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Rusiya yığmasının heyəti açıqlanıb. Futbolxeber.az-ın məlumatına görə, baş məşqçi Nikolay Pisarev martın 25-dən aprelin 1-nə kimi Antalyada baş tutacaq hazırlıq prosesinə 23 futbolçu dəvət edib. Həmin siyahıda yer alanlardan ikisi ermənidir. Söhbət Penza “Zenit”inin şərəfini qoruyan Armen Ambartsumyan və “Vitess”in (Hollandiya) formasını geyən Arşak Koryandan gedir. 1994-cü il təvəllüdlü hər iki futbolçu Rusiya ilə yanaşı, Ermənistan pasportuna da sahibdirlər.

U-21 millimiz Rusiya ilə seçmə mərhələdə əvvəlcə noyabr 17-də öz meydanında, gələn il martın 24-də isə səfərdə qarşılaşacaq.

Xatırladaq ki, Antalyada keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində Rusiya yığması martın 27-də İsveçin U-21, 31-də isə bu ölkənoin U-23 millisi ilə qarşılaşacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30