27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Türkiyəyə niyə getmisiniz?

Əlbəttə, bu sual birbaşa bizim PTT birinci liqada oynayan, pardon, oynamayan futbolçularımıza aiddir.
 
Onların dəqiq sayını bilən varmı: üç, beş, on, on beş? Sayı itirmişəm, amma bir şey dəqiqdir: ikisi, üçü də deyil, topası (istisna hallar xaric) bir turda heç doxsan dəqiqə meydanda olmur.
 
Gəlin, hamımız buradan Türkiyədə komandasının oyunçusundan azarkeşinə çevrilmək kimi nadir uğura imza atan futbolçularımızı ürəkdən alqışlayaq! Olmayan futbolumuzun başını yerin dibinə soxduqlarına görə onlarla qurur duyduğumuzu elan edək!
 
Yeri gəlmişkən, artıq PTT birinci liqasında əsl Azərbaycan milli komandası yaratmağın vaxtı çatıb. Baxın, hər mövqedə futbolçumuz var. Bir qapıçımız çatmırdı, o da buranı yarıdıb, getdi Türkiyəni düzəltməyə.
 
Mediamız tərəfdən də o komandaya nə dəstək lazımdısa, veriləcək.
 
Bizim idman mediası futbolçularımıza qarşı humanistdir. Həqiqətən. Nə olsun ki, futbolçu onu söyür. Söyülsə də, küsmür, incimir. Məgər küsən, inciyən adam onu söyən futbolçunun üzrxahlığı əvəzinə, saytında, qəzetində palaz boyda müsahibəsini dərc edər, bununla da üstəlik rəğbətini nümayiş etdirər?
 
Əziz həmkarlar, axı, bu adamlardan niyə qəhrəman düzəldirsiniz? Futbol adına, ölkə adına nə ediblər axı?
 
Millini salıblar quyunun dibinə.
 
İndi də Türkiyə birinci liqasında ehtiyatda qalıb pas atırlar.
 
Bilirsiniz niyə?
 
Çünki indiyə qədər onların yeri səhv düşmüşdü. Elə sanırdılar, Türkiyənin futbol idarəçiləri də bizdəkilərin çoxu kimi kütbeyindi.
 
İndi isə hamısı öz yerindədir.
 
Layiq olduqları yerdə!
 
Aydın BAĞIROV, Qol.az
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30