Ölkə futbolu
Coşqun Diniyev: “Atam imkan verməz “ulduz xəstəliyi”nə tutulum”
“İnter”in və milli komandamızın üzvü Coşqun Diniyev “Het-trik news” qəzetinə müsahibə verib. Diniyev ilk öncə son vaxtlar “İnter”də daha çox müdafiəyə meylli oynamasına aydınlıq gətirməklə başlayıb:
- Əvvəl 5 müdafiəçi ilə oynayırdıq. Bu zaman hücumda tez-tez görünürdüm. Son vaxtlar isə 4 müdafiəçi ilə çıxış edirik. Mərkəz yarımmüdafiəçiləri daha çox müdafiəyə fikir verməli olduqlarından məşqçinin tapşırığı ilə müdafiəyə kömək edirəm. Əsas qol buraxmamaqdı.
- “İnter”in son oyunlarını izlədikdə elə təəssürat yaranır ki, topdan “qaçırsan”. Sanki top səndə olan kimi onu bir növ “başından edirsən”. Yəni, fərdi, yaradıcı oyuna demək olar ki, üstünlük vermirsən.
- Yığmada məşqçilərin tapşırığı ilə topu özümdə daha çox saxlayır, imkan düşdükcə fərdi oyuna üstünlük verirəm. Amma “İnter”də taktika tamam başqadır. Kaxaber Sxadadzenin tapşırığına əsasən yarımmüdafiənin mərkəzində oynayan futbolçular topu götürən kimi irəli ötürmə etməlidirlər. Mərkəzdə yersiz top itkisi qapımız önündə təhlükə yarada bilər. Buna görə mümkün qədər sadə oynamağa çalışırıq.
- “Qarabağ” məğlub oldu və onlarla aranızdakı xal fərqi 6-a endi. Başqa sözlə, çempionluq üçün əlavə stimul yarandı.
- Xal fərqi 9 olanda da çempion olacağımıza ümidimizi itirməmişdik. Nəinki mən, ümumiyyətlə, futbolçulardan heç birində çempionluğa inam “ölməmişdi”. “Qəbələ”yə məğlub olmaları əlbəttə işimizə yaradı. Doğrudur, 6 xal böyük fərqdir. Amma onlarla qarşıda 2 oyunumuzun olduğunu nəzərə alsaq, şanslarımızın yüksək olduğunu görərik. “Qarabağ”ın hansısa oyunda xal itirəcəyinə ümid etmək olmaz. Əsas öz aramızda olan oyunlara diqqət ayırmalıyıq. Həm də uzun müddət “Qarabağ”la aramızdakı oyunlarda qələbə qazana bilməməyimiz bizdə bir qədər motivasiyanı gücləndirib.
- Amma “Qarabağ”ı axırıncı dəfə nə vaxt məğlubu etdiyiniz nəsə yadıma gəlmir...
- Keçən mövsüm “Qarabağ”la keçirdiyimiz 4 oyunun 3-də onlara məğlub olmuşduq. Amma bu mövsüm bizə qalib gələ bilmirlər. Hər 2 oyun heç-heçə başa çatıb. Deməli, eyni səviyyəli rəqib hesab oluna bilərik. Qarşıdakı 2 oyunda kimin üstün olacağını demək düzgün çıxmaz. Kim güclü olacaqsa və bir az da bəxti gətirəcəksə, 6 xalı götürəcək.
- Nəzərə alaq ki, “Qarabağ”la müqayisədə “İnter” daha çox oyunda xal itirib. Özü də 10 heç-heçə ilə bu mövsümün rekordçususunuz.
- Elə oyunlar olub ki, bəxtimiz gətirməyib. Elə oyunlar da olub ki, həqiqətən hücumda “dişsiz” görünmüşük. Bu halda müdafiəyə daha çox fikir verməyə məcbur olmuşuq. Gözlənilmədən bəzi rəqiblərlə vacib xallar itirmişik. Həm də nəzərə alaq ki, komandaların hamısı bizim oyun üslubumuzu yaxşı mənimsəyiblər. “İnter”ə qarşı az qala 7-8 futbolçu ilə müdafiə olunurlar. Təbii ki, bu halda qol vurmaq çətinləşir. Bir məqamı da unutmayaq - “İnter” bu mövsüm ən az məğlub olan komandadır.
- Ardıcıl 23 oyunda ən çoxu 1 qol buraxmaqla dünya rekorduna sahib çıxdınız...
- Bundan xəbərim yox idi. Müdafiə olunanda bütün futbolçular bir-birilərini əla başa düşürlər. Bu üzdən az qol buraxırıq. 21 oyunda cəmi 10 qol buraxmağımız dediklərimə sübutdur. Sizin söylədiyiniz fakt da həmçinin.
- Çempionat başlayanda ardıcıl 2 oyunda qol vurdun. Yarızarafat, yarıciddi - “barıt qurtardı”?
- Yox, hələ var (gülür). İnşallah yenə də vuracam.
- Bir neçə gün əvvəl yığmada ilk oyununa çıxdın...
- Sözlə ifadə olunası hisslər deyil. 20 yaşında ilk dəfə ölkənin əsas yığmasında çıxış etmək heç də hamıya qismət olmur. Oradakı ab-hava tamam başqadır. Yığmadakı atmosferə tez uyğunlaşdım. Fikrimcə, oyunum da pis alınmadı. Robert Prosineçki oyundan əvvəl mənimlə söhbət etdi. Daha çox hücum futboluna üstünlük verəcəyini bildirdi. Məndən də bunu gözləyirdi. Bacardığımı elədim.
- Yığma “Şaxtyor”la oyuna nömrəsiz forma ilə çıxmışdı. Nömrə seçimi olsaydı, bir vaxtlar Şahin Diniyevin daşıdığı “7 nömrə”ni götürmək ürəyindən keçirdi?
- Yoxlama oyunu olduğuna görə nömrəsiz formalarda oyuna çıxmağımızda təəccüblü bir şey görmürəm. O ki qaldı nömrə seçiminə, fərq etməz, əsas yığmada oynamaqdır.
- Yəqin ki, Şahin müəllimlə oyundan sonra çıxışınla bağlı söhbətiniz olub.
- Oyunda səhvlərim var idi. “Şaxtyor”la oyundan sonra məsləhətlərini verdi. Düzü, yaxşı ya pis oynamağımla bağlı bir söz demədi. Məncə, çıxışımdan razı qalmışdı.
- Bəs, Prosineçki? Malta ilə oyunda meydanda olacaqsan?
- Yığmanın toplanışından sonra mənimlə görüşdü. Növbəti təlim-məşq toplanışlarında, o cümlədən Malta ilə oyunda məni yığmanın düşərgəsinə çağıracağını dedi. Amma oynadıb-oynatmayacağı ilə bağlı bir söz söyləmədi. Ola bilər əsas heyətdə meydana çıxım. Ola bilər ki, ümumiyyətlə, adım “18-liy”ə salınmasın. Bu, baş məşqçinin işidir və bütün hallarda hörmətlə yanaşmalıyam. Amma Malta ilə oyunda oynayası olsam, əlimdən gələni edəcəm ki, qalib gələk.
- Yığmadan sonra U-21-in heyətində Qana millisi ilə oyunda çıxış etdin. Məğlubiyyətin səbəbləri nə idi?
- Rəqib çox güclü idi. Dünya çempionatına hazırlaşan bir komandaya qarşı oynamaq çətin idi. Əsas yığmanın düşərgəsində olduğumdan U-21-in heyətində adaptasiya olunmağımda bir qədər çətinlik çəkdim. Həm də baş məşqçi məni öyrəşmədiyim mövqedə - hücumçunun arxasında sınadı. Yəni, ikinci hücumçu kimi oynadım. Əlimdən gələni etdim. Amma rəqib güclü idi. Məğlubiyyətə baxmayaraq, uşaqlar yaxşı oyun sərgilədilər. Düşünürəm ki, qarşıdakı rəsmi oyunlarda yaxşı nəticələr qazanacağıq.
- Yeri gəlmişkən, Türkiyədə olduğun müddətdə “Kasımpaşa”dan təklif aldığın barədə xəbərlər yayıldı. Təkliflər təkcə “Kasımpaşa”dandır?
- Təkliflər çoxdur. Amma onların heç biri haqqında fikirləşmirəm. “İnter”lə mövsümün sonuna kimi müqaviləm var. Yəqin ki, mübddəti başa çatanda müqaviləmi yeniləyəcəm. “İnter”də qalmaq istəyirəm. Çünki, futbolda indiyə kimi nail olduğum hər şey bu klubun adı ilə bağlıdır.
- Xarici klublardan da təklif olsa?
- Əgər olarsa, yəqin ki, dəyərləndirəcəm. “İnter”in də məni buraxacağına inanıram. Bayaq dediyiniz kimi, “Kasımpaşa”dan təklif var idi. Güman ki, “İnter”in növbəti oyunlarının birində gəlib oyunumu izləyəcəklər. Bəyənsələr, türk klubuna keçidim mümkündür. Amma bu xəbərlə oturub-durmuram. Bu dəqiqə bütün fikrim “İnter”dədir. Qalan məsələlərlə menecerim və atam məşğul olur.
- Kaxaber Sxadadze mövsümün sonunda “İnter”i tərk edəcək. Bu, Coşqun Diniyevin xeyrinədir, yoxsa ziyanına?
- Mənim “İnter”in əsas heyətində oynamağımda Kaxaber Sxadadzenin rolu danılmazdır. Oyunumu bəyənməsəydi, indi əvəzedicilərdəydim. Mənə şans verdi və düşünürəm ki, ümidlərini doğrultdum. İstəməzdim ki, o, komandanı tərk etsin. Amma bu futboldur. Onun gedişinin mənə ziyanı ya xeyri olacağını zaman göstərəcək.
- “İnter”in əsas heyət oyunçusu, yığmada debüt, Şahin Diniyevin oğlu... “Ulduz xəstəliyi” yaranmayıb ki?
- “İnter” və Azərbaycan futbolu adına hələ heç nə eləməmişəm. Hansı “ulduz xəstəliyi”ndən söhbət gedə bilər? Sadaladığınız faktorlar məni işimə daha məsuliyyətlə yanaşmağa vadar edir. Əsas məqsədim xaricdə oynamaqdır. Son illər Azərbaycan futbolunda inkişaf var. Amma xaricdə oynamaq daha yaxşıdır. Birdə ki, atam imkan verməz “ulduz xəstəliyi”nə tutulum (gülür).
- Sonda qardaşınla bağlı fikrini bilmək istərdim. Axır vaxtlar Kərim Diniyevin oyununda sanki eniş hiss olunur.
- Biz həmişə bir-birimizin uğurlarına sevinmişik. Kərim böyük qardaşım olduğuna görə demirəm, həqiqətən yaxşı futbolçudur. Sadəcə, ona özünü göstərmək üçün istənilən şərait yaradılmadığı fikrindəyəm. Məncə, Kərimə daha çox şans versələr, stabil oynasa, AZAL-a çox xeyri dəyər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO