27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Çempionu məğlub etmişik, heç bir rəqib bizi qorxuda bilməz”

“Finlandiya və Slovakiyanın qrup lideri olmaması bizim üçün gözlənilməz oldu. Məncə, onlar daha güclü idilər”. Futbolxeber.az-ın Sankt-Peterburqa ezam olunmuş əməkdaşına verdiyi açıqlama bu sözləri U-19 millimizin üzvü Renat Ağaverdiyev deyib.

“Bakı”nın futbolçusu qeyd edib ki, onlar üçün rəqibin kimliyi önəm daşımır: “Bizim üçün rəqibin kimliyinin fərqi yoxdu. Biz hər oyuna qalib gəlmək üçün çıxırıq. Rəqibimiz istər Finlandiya və Slovakiya olsun, istərsə də Cənubi Koreya və Sankt-Peterburq. Sabahkı rəqibimiz öz meydanında oynayacaq ki, bu da onlar üçün üstünlükdü. Ancaq biz heç bir rəqibdən çəkinmirik. Baş məşqçimiz də bizi qarşıdakı oyunlar üçün ancaq qələbəyə kökləyib. Biz son çempion Yaponiyanı məğlub etmişik. Ona görə də heç bir rəqib bizi qorxuda bilməz”.

Gənc futbolçu Bakıya kubokla qayıtmaq istədiklərini bildirib: “İki oyundan sonra artıq rəqiblərimiz bizdən qorxur. İndi hamı bizdən danışır. Çünki biz ilk dəfə belə nəticəyə imza atmışıq. Burada bizi dəstəkləməyə gələn bütün azarkeşlərə təşəkkür edirəm. Azərbaycandakı azarkeşlərə isə demək istəyirəm ki, əlimizdən gələni edəcəyik ki, vətənə kubokla qayıdaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30