26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Tərlan Əhmədov: “Meydançanın vəziyyəti oyuna təsir etdi”

Azərbaycan kubokunun 1/8 final mərhələsində AZAL “Neftçala”nı məğlub edərək, növbəti mərhələyə adladı. Oyundan sonra baş məşqçilərin qarşılaşma haqda səsləndirdikləri fikirləri təqdim edirik:

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Bakıdan gələndə bilirdik ki, çox ağır oyun olacaq. Meydançanın vəziyyəti və hava durumu oyunun gözəlliyinə təsir etdi. Sevindiyim məqam da var. Azərbaycan çempionatının birinci dəstəsində “Neftçala” kimi mübariz komandanın olmasına görə şadam. Rəqib 90 dəqiqə mübarizə apardı. “Neftçala”nın potensialı var. Rəqibin rəhbərliyini və baş məşqçi Kamal Quliyevi təbrik edirəm. Qələbə qazansaq belə, oyundan razı qalmadım. Görüləsi işlərimiz çoxdur”.

Kamal Quliyev (“Neftçala”nin baş məşqçisi): “AZAL klubunu təbrik edirəm. AZAL-ın baş məşqçisi Tərlan Əhmədovla uzun müddət bir yerdə oynamışam. Oyun göz önündədir. Birinci divizion təmsilçisinin Premyer Liqa klubuna qarşı belə mübarizə aparması sevindirici haldır. Oyunun sonlarında nəzarəti əldən verdik. Deyərdim ki, futbolçular tapşırıqları sona qədər yerinə yetirə bilmədilər”.  


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30