27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Robert Prosineçki: “Yeni yığmada yeni oyunçular görə biləcəksəniz”

"11 gündür Bakıdayam. Azərbaycanda bir neçə oyunu stadiondan canlı izlədim. Burada yaxşı texnikalı və perspektivli futbolçular var. İnanıram ki, Azərbaycanda yaxşı komanda yarada biləcəm". Futbolxeber.az-ın məlumatına görə,  Azərbaycan millisinin yeni baş məşqçisi Robert Prosineçki jurnalistlərə açıqlamasında deyib.

AFFA-nın İcraiyyə Komitəsinin iclasında bu gün keçirilən iclasında millimizin yeni baş məşqçisi kimi təsdiqlənən xorvatiyalı mütəxəssis Azərbaycanda gördüklərindən razı qaldığını bildirib: "Burada gördüklərimdən razı qaldım. Azərbaycan futbolunun irəli getməsi üçün əlimdən gələni edəcəm. Ancaq mən Xorvatiya və İtaliya yığmalarını məğlub edəcəyimizə söz verə bilmərəm. Onlar çox güclü komandalardır. Xorvatiyaya acı məğlubiyyətdən sonra futbolçuların fiziki durumları yaxşı deyil. İlk öncə bunu düzəltməyə çalışacağıq. 

Köməkçilərimdən ikisi yerli mütəxəssis olacaq. Lakin onların kimliyi hələlik bəlli deyil. İlin sonuna qədər bilinəcək. Azərbaycan millisi müdafiədən oynamağa vərdiş edib. Artıq hücum etməyi öyrənməliyik. Bilirəm ki, çətin olacaq. Lakin müdafiədən oynamaq artıq kifayətdir və hücum futboluna üstünlük verməliyik".

45 yaşlı mütəxəssis qarşısına qoyulan əsas vəfizələrdən birinin yığmanın gəncləşdirilməsi olduğunu bildirib: "Dediyim kimi Azərbaycanda potensiallı futbolçular var. "Qarabağ", "Neftçi" və "İnter"də elə futbolçular var ki, onlar milliyə kömək edə bilərlər. Qarşıma qoyulan əsas vəzifələrdən biri millinin gəncləşdirilməsidir. Bununla belə, təcrübəli futbolçular komandada qalacaq, ancaq yeni yığmada yeni oyunçular görə biləcəksəniz. Klubların qış təlim-məşq toplanışlarını izləməyə gedəcəm. Millinin təlim-məşq toplanışı gələn ilin fevralında olacaq. "Avro-2016"nın seçmə mərhələsinin növbəti oyununa qədər hazır olmalıyıq" (Qol.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30