27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi “Böyük oyun”da yubileyini qeyd edə bilər

"Xəzər Lənkəran"ın heyətində növbəti oyun Sadio Tounkara üçün yubiley 100-cü oyun olacaq. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın malili yarımmüdafiəçisi karyerasında 100-cü dəfə “ağ-yaşıllar”ın heyətində rəsmi matça çıxacaq.

2012-ci ilin əvvəlində transfer olunan afrikalı 2011/12 mövsümündün AZAL-la görüşündə ilk dəfə komandanın formasını geyib. 2012-ci il fevralın 16-dakı qarşılaşmanın 68-ci dəqiqəsində meydana daxil olan afrikalı 3 ilə yaxın müddətdə 81 çempionat, 10 kubok, 7 Avroliqa, 1 Superkubok görüşünün iştirakçısı olub.

Çempionatda çıxışını dayandıran “Araz-Naxçıvan”la oyunun nəticəsi ləğv olunduğundan Sadionun yubileyi “Neftçi” ilə “Böyük oyun”a təsadüf edəcək. Əgər Naxçıvan təmsilçisi mübarizəni davam etdirmiş olsaydı, afrikalı artıq “İnter”lə XII turun matçında 100-ə çatacaqdı. 

Mövsüm

Turnir

Oyun

Dəqiqə

Qol

Sarı

Qırmızı

2011/12

çempionat

11

629

1

0

0

2011/12

Kubok

1

27

0

0

0

2012/13

Avropa Liqası

4

309

0

2

0

2012/13

çempionat

28

2006

5

5

0

2012/13

Kubok

4

304

0

1

0

2013/14

Avropa Liqası

3

270

0

0

0

2013/14

çempionat

35

2253

5

3

0

2013/14

Superkubok

1

64

0

0

1

2013/14

Kubok

5

378

2

0

0

2014/15

çempionat

7

516

1

1

0

 

Cəmi

99

6756

14

12

1

Sadio “Xəzər Lənkəran”ın tarixində 100 oyun səddinə çatan 9-cu futbolçu olacaq. Onadək bunu 8 oyunçu bacarıb. Radomir Todorov və Adrian Skarlatakedən sonra 100-ü fəth edən 3-cü legioner kimi tarixə düşəcək Tounkara klubda bunu bacaran ilk afrikalı olacaq. 

Yer

Futbolçu

Oyun

1

Rahid Əmirquliyev

280

2

Radomir Todorov

183

3

Alim Qurbanov

177

4

Kamran Ağayev

161

5

Rəşad Abdullayev

155

6

Elnur Abdullayev

126

7

Adrian Skarlatake

101

8

Elnur Allahverdiyev

100

"Xəzər Lənkəran" TV-nin Sadio Tounkaranın 100 oyunu barədə hazırladığı süjeti təqdim edirik: 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30