27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Tərlan Əhmədovun dedikləri mətbuat üçün deyil” (Müsahibə)

AZAL-ın moldovalı qapıçısı Stanislav Namaşko Futbolxeber.az saytına müsahibə verib.

- AZAL yoxlama oyununda “Qəbələ”ni 2:1 hesabı ilə məğlub etdi. Qarşılaşmayla bağlı nə deyə bilərsən?

- Yaxşı oyun alındı. Komandamız gözəl çıxış etdi. Yekunda da qələbə qazandıq. Heç nədə rəqibdən geri qalmırdıq.

- İlk hissədən sonra AZAL hesabda geridə idi. Fasilədə nə nə baş verdi ki oyunun gedişatını dəyişə bildiniz?

- Bunda heyətin dəyişməsinin rolu oldu. Fasilədə hardasa, heyətin 60 faizi dəyişdi. Həmçinin baş məşqçinin dediklərinin də oyunumuza təsiri oldu.

- Tərlan Əhmədov nə dedi ki?

- Bu artıq mətbuat üçün deyil. Çünki söhbət sırf klubun daxilinə aiddir. Belə söhbətləri mətbuata açıqlamağı düzgün saymıram.

- Belə başa düşdüm ki, baş məşqçi fasilədən sonra əsas heyət oyunçularına şansı verib...

- Hansı oyunçuların əsas heyət üzvü olduğunu demək çətindir. Buna baş məşqçi qərar verir. Lakin fasilədən sonra oyuna qoşulanlar meydana yenicə çıxdıqları üçün yorğun deyildilər. Ümumilikdə, bütün oyun boyu ötürmələrə üstünlük verirdik. Bu da öz bəhrəsini verdi.

- Çempionatda da “Qəbələ”ni eynihesabla, o zaman da səfərdə məğlub etmişdiniz. Demək olar ki, “Qəbələ” AZAL üçün uğurlu rəqibdir?

- Nəsə demək çətindir. “Qəbələ” yaxşı komandadır. Hələ ki bu 2 oyun bizim üçün yaxşı alınıb. Lakin qarşıda hələ çox oyun var. Əsas çempionatda qələbə qazanmaqdır. Amma yoxlama oyunu olsa belə, qələbə hər zaman xoşdur.

- Hələ ki AZAL çempionatda stabil çıxış edə bilmir. Bunun səbəbini nədə görürsən?

- Qeyri-stabilliyin səbəbini bilmirəm. Lakin biz oyundan-oyuna artırırıq.

- Ümumiyyətlə, ilk 7 turu AZAL üçün necə dəyərləndirirsən?

- Çempionata elə də yaxşı başlamadıq. Amma əlimizi yanımıza salmaq fikrində deyilik. Mövsümün gedişində mütləq toparlanmalıyıq.

- AZAL nəyə iddia edə bilər?

- Biz hər oyuna qələbə üçün çıxacağıq. Mövsümün sonunda qazanacağımız nəticə isə nəyə iddia etdiyimizi ortaya qoyacaq.

- Hazırda çempionatda fasilədir. Bəziləri uzunmüddətli fasiləni tənqid edirlər. Sən nə düşünürsən bu haqda?

- Belə fasilələrin hər mənfi, həm də müsbət tərəfi var.

- Nə mənada?

- Müsbət cəhət odur ki, fasilə müddətində məşqçi komandanın durumunu yaxşılaşdıra bilər. Komanda oyunu üzərində daha çox çalışmaq imkanı yaranır. Həmçinin legionerlər qısa müddətlik də olsa, öz ölkələrinə yollana bilirlər. Belədə ailə üzvlərini görmək imkanı yaranır. Axı, hər kəs ailəsini Azərbaycana gətirməyib. Bu halda həm də istirahət etmək, həm də futboldan uzaqlaşmaq imkanın olur. Mənfi tərəfi isə odur ki, formada olan komanda oyun ritmini itirə bilər. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30