27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Şəhriyar Məmmədyarov: “Foqtsun “Azərbaycan futbol yox, şahmat ölkəsidi” fikri ilə razı deyiləm”

“Berti Foqtsun bu fikri ilə razı deyiləm. 15 il qabaq heç kim demirdi ki, Azərbaycan şahmat ölkəsidir”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri şahmatçı Şəhriyar Məmmədyarov deyib.

Futbol üzrə milli komandamızın baş məşqçisi Berti Foqtsun tez-tez səsləndirdiyi “Azərbaycan futbol yox, şahmat ölkəsidir” fikrinə münasibət bildirən tanınmış qrossmeyster, ölkəmizdə ən böyük diqqət və qayğının elə futbola olduğunu qeyd edib: “Əvvəllər dünya reytinqinin ilk “100-lüy”ündə 1 azərbaycanlı şahmatçı yox idi. Komanda şəklində turnirlərə gedəndə reytinq baxımından Azərbaycan 60-cı, 70-ci olurdu. Amma bu gün komanda şəklində Azərbaycan dünyanın ilk “10-luğ”unda yer alıb. Bütün bunlar çəkilən əziyyətin nəticəsidir. Azərbaycanda futbol zəifdi. Çalışmaq lazımdı ki, bu idman növü də inkişaf etsin. “Azərbaycan futbol ölkəsi deyil” demək düzgün deyil. Bu fikirlə razı deyiləm. Azərbaycanda idman növləri arasında ən böyük diqqət və qayğı elə futboladır. Sadəcə, işləmək lazımdır. Adicə bir nümunə deyim. 15 il qabaq Çində güclü kişi şahmatçı yox idi. Amma bu gün Çinin kişilərdən ibarət komandası son olimpiadanın qalibidir. Deməli, “yoxdur” demək lazım deyil, çalışmaq, inkişafa can atmaq lazımdı”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30