27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“İnter” “Xəzər Universiteti”nə çata bilmədi

Azərbaycan Premyer Liqasının VI turunun “İnter” - “Bakı” oyunu hər iki klubun tarixinə düşüb. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “İnter Arena” stadionunda qeydə alınan 7:0 hesablı qələbə “İnter”in bu ad altında Azərbaycan çempionatlarında qazandığı ən böyükhesablı qalibiyyətdir. Paytaxt təmsilçisi tarixi ərzində yalnız bir dəfə - hələ “Xəzər Universiteti” adını daşıdığı zamanda daha fərqli zəfərə sevinmişdi. 11 il əvvəl 2003-cü il iyulun 5-də bakılılar “Kəpəz”i 8 cavabsız qolla məğlub etmişdi. “İnter”in tarixində daha bir qarşılaşma var ki, həmin oyunda komanda 7 və ya daha çox qol vurub. 2006-cı il sentyabrın 29-da Tovuzda “Turan”ın qonağı olan “İnter” 7:1 hesablı səfər qələbəsi qazanmışdı.

VI turun qarşılaşması “Bakı” üçün ən acınacaqlı olub. Paytaxtın eyniadlı təmsilçisi bunadək çempionatdakı ən ağır yenilgisini “Dinamo” adını daşıdığı vaxt “Neftçi”dən almışdı. 2002-ci il martın 10-da baş tutan paytaxt derbisində “ağ-qaralar” rəqibini 6 cavabsız qolla məğlub etmişdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30