27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Mevlut Erdinç: “Qarabağ” azarkeşləri möhtəşəm idi”

"Qarabağ” çox yaxşı komandadır. Bir xal qazandığımız üçün sevinirәm”. Futbolxeber.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”la oyundan sonra “Sent Etyen”in futbolçusu Mevlut Erdinç deyib.

Qolsuz (0:0) bərabərliklə çatan matçdan son türkiyəli futbolçu oyun haqda fikirlərini bildirib: “Onların başqa oyunlarını izlәmişdik. Yaxşı komanda olduğunu bilirdik. Amma matçlarını izlәmәdәn öncә düşünürdüm ki, Azәrbaycandan çox rahat 3 xalla dönәcәyik.  Lakin belә olmadı. "Qarabağ"ın hücum xәttindә olan Reynaldo çox tәhlükәli futbolçu idi. Buna görә müdafiәyә oturduq vә 1 xalı haqq etdiyimizi düşünürәm. Bakı vә Azәrbaycan gözәldir. Stadiondan da xoşum gәldi”.

Erdinç azarkeşlər haqqında da xoş sözlər deyib: “Azarkeşlәr dә möhtәşәm idi. Burada özümü Türkiyәdәki kimi hiss edim. Amma bu mәnim Azәrbaycana ilk gәlişim deyil. Gənclər millisi ilə birgə daha əvvəl gәlmişdim”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30