Ölkə futbolu
Tahir Süleymanov: "Dünən-srağagünə qədər demirdilərmi “Qarabağ” oyun alıb?"
“Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov Korner.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Tahir bəy, necə gedir futbolsuz həyat?
- Futbolsuz həyat deyəndə ki... Biz futbolda kənar adamlar deyilik. Vəzifədə olduq-olmadıq, ömrümüzün axırına qədər futbolun içindəyik.
- Bəs niyə futbol adamı bir klubda qala bilmədi? O klubda ki, ölkənin ən köklü klubu sayılır və maddi dayaqlarına görə də öndə gedənlərdəndi.
- Suala sualla cavab verim də. Azərbaycanın ən köklü klubunun son 5 ildəki uğurları göz qabağındadı. O uğurlar ki, 5 ildə heç kim göstərməyib. Və tək-tük futbol adamlarından biri o uğurların qazanılmasında pay sahibi olub. İndi mən sizə sual verirəm: futbol adamları futbolda olmalıdır, ya yox?
- Olmalıdır, əlbəttə. Amma onda belə çıxır ki, “Neftçi”yə futbol adamı lazım deyildi?
- “Neftçi”yə futbol adamı lazım olmasa, 5 il orda çalışmazdım. Ki, 5 il çox böyük müddətdi. Biz gələndə Gedenin klubun başına nə oyun açdığını bilirsiz. Və fəxrlə deyə bilərəm ki, əcnəbili-yerli futbol adamlarından yeganə Tahir Süleymanov idi qrup mərhələsi iddiasını ortaya qoydu. Bu həmin dövr idi ki, bir mərhələ keçmək şücaət sayılırdı, qrupa düşmək heç kimin yuxusuna da girməzdi.
- ...Çempionlar Liqasının qrup mərhələsini vəd etmişdiz.
- Gələcəyik ona, Saleh. Səmimi söhbət eləyirik... İddianı ortaya qoyduq və buna nail olduq. Bu illər ərzində yeganə “Qarabağ” oldu “Neftçi” ilə sağlam rəqabət aparan. O sağlam rəqabət sayəsində “Neftçi”nin tarixi uğurunu təkrarladılar. Baxmayaraq ki, “Neftçi” qrupa düşəndə “heç kim bu uğuru təkrarlaya bilməyəcək” – deyirdilər.
- Belə bir ifadə işlətdiz: yalnız “Qarabağ” sağlam rəqabət apardı “Neftçi” ilə. Digərlərinin rəqabətinin qeyri-sağlam olması özünü nədə göstərirdi?
- Yeganə “Qarabağ” idi ki, “Neftçi” ilə nə meydançada, nə tribunada, nə mətbuatda konflikt yaşadı. Təbii, futbol baxımından müəyyən söhbətlər olurdu. Çünki “Qarabağ”ın məşqçiləri, futbolçuları “Neftçi”nin uğurlarını öz uğurları saydılar. O sağlam rəqabətin nəticəsidi ki, Allah onları qrup mərhələsini nəsib elədi. Bir daha təbrik edirəm onu. Bəs “Neftçi”nin uğurlarını qısqananlar hardadılar?
- Amma etiraf edin ki, “Qarabağ”la rəqabətdə də “Neftçi” zaman-zaman qıcıqlandırıcı, qızışdırıcı açıqlamalar, hərəkətlər edirdi. Və onlarla münaqişə yaşamamağınızın səbəbi məhz “Qarabağ”ın o qıcıqlandırmalarınız qarşısında təmkinli, soyuqqanlı davranışı olub.
- Bu, futboldu və rəqabət olmalıdı. Ona görə sağlam rəqabət ifadəsini vurğulayıram. Təbii ki, hakimliklə, yaxud digər məqamlarla bağlı müzakirələr labüddü. Amma bu, heç vaxt tribunaya sirayət etməyib. “Qarabağ” “Neftçi”nin uğurlarını təmkinli qarşılayıb hər zaman.
- Söhbət daxili rəqabətdəki qıcıqlandırmalarınızdan gedir. Məsələn, bir-birinizlə oyunlardan sonra hakim səhvləri ilə bağlı siz videogörüntülər yayımlayanda, açıqlamalar verəndə, “Qarabağ” təmkinli görünürdü, video yaymırdı, cavab bəyanatları vermirdi.
- Nə qədər ki futbol var, o müzakirələr olacaq. Təbii ki, haqlı tərəf özünün düz olduğunu sübut etmək istəyər. Futbolun bir hissəsidi bu. Fakt nədi? Fakt odu ki, bu gün Azərbaycanın klub futbolunu irəli aparan iki klub var: “Qarabağ” və “Neftçi”. Bu da təbiidi. Azərbaycanın çempionatlar tarixinin indiyədək yüksək dəstədə qalmağı bacaran klublardı. Futbolu irəli bu klublar aparmayacaqsa, kim aparacaq?
- Artıq “Neftçi”dən ayrılmısız. Bir futbol adamı kimi səmimi deyin: indi geriyə boylansaz və “son 5 ildə ən qalmaqallı Azərbaycan klubu hansıdır” sualını versəm, “Neftçi”nin adı gələrmi ağlınıza? Tribuna, hakimlik...
- (sözümü kəsir) Bu 5 il ərzində yadımda qalan bilirsizmi nədi? O cür tarixə imza atan “Neftçi”, onun rəhbərliyi, məşqçiləri kimə nə etmişdilər ki? İmkansızlıqdan gündə bir say, qəzet bağlanır... Ayına 50-100 min alıb heç bir iş görməyənlər sevinsinlər, artıq Tahir Süleymanov yoxdu. Qoy indi onlardan yazsınlar, onları tərifləsinlər.
- Tahir bəy, siz suala cavab vermədiz.
- Saleh, mən suala cavab verdim. O qalmaqalları yaradanlar toşakları, adamsları, pantiçləri görəydilər də. Görmək istəmədilər. Öz azərbaycanlılarımızı gördülər. Uğur qazanmaq istəyən azərbaycanlıları həzm edə bilməyənlər qalmaqalları bu səviyyəyə gətirib çıxardılar.
- “Qarabağ”da da azərbaycanlılar var. Baş məşqçisi də azərbaycanlıdı. Niyə “Qarabağ”ın, Qurban Qurbanovun ətrafında bu qədər ajiotaj, qalmaqal yaşanmır?
- Yaşanmır? Qurban Qurbanou az istefaya çağırıblar?
- Yox, istefaya səsləmək...
- (sözümü kəsir) Yox, bir dəqiqə! Az istefaya səsləyiblər Qurbanovu?
- Yeni gəldiyi vaxtlarda idi o. Amma Böyükağa Hacıyev “Neftçi”ni qrup mərhələsinə çıxarmış adam idi, “Koper”lə oyundan sonra istefaya səsləyirdilər.
- Çox doğru məqama gəldiz. Mən də soruşuram: niyə?
- Bu sualı mən sizə verdim, niyə “Neftçi” var hər qalmaqalda?
- Mən də sizdən soruşuram: niyə?
- Bəlkə ona görə ki, “Neftçi” özü maraqlıdı bu cür qalmaqallarda?
- “Neftçi”nin marağı 5 il bundan əvvəl səsləndirildi və əməl olundu. O vaxt “APOEL o APOEL deyil” – deyənlər çıxıb indi desinlər ki, APOEL elə həmin APOELdi və Çempionlar Liqasının qrup mərhələsindədi.
- Tahir bəy, gərək siz də artıq etiraf edəsiz ki, “Neftçi”nin bugünkü durumu...
- (sözümü kəsir) Nə olub ki, “Neftçi”nin durumuna?!
- Mən sualı tamamlayım, sonra...
- Yox, nə olub “Neftçi”nin durumuna, Saleh?!
- “Neftçi”nin bugünkü vəziyyəti mənə və bir çoxlarına görə, pisdi.
- Hə... Bax, mən də ona görə deyirəm ki... Mən faktlarla danışmağı sevirəm. “Neftçi” bu gün oyun sayını nəzərə alsaq, birinci pillədədi? Bir oyun az keçirib və bunu hesaba alsaq, birinci yerdədi. “Neftçi” son 5 ilin ən uğurlu klubudu? Azərbaycanlı prezidenti, vitse-prezidenti, baş məşqçisi ilə... Bütün təzyiq və tənqidlərin fonunda imza atdıq o uğurlara. Bura gəlib milyonlar qazanan, özlərini dünya səviyyəli futbol mütəxəssisi sayanlar “Azərbaycan klubları 10 ildən sonra uğur qazana bilərlər” – deyəndə biz azərbaycanlılar o iddianı qoyduq ortaya. Və mən bunu fəxrlə deyirəm!
- Amma həmin əcnəbilər xeyli yaxşı nəticə göstərdilər “İnter”in timsalında.
- Bundan sonra qrupa düşməyən klubun nəticə verdiyini deyə bilmərik. Bunu jurnalist deyirsə, Saleh Arslan deyirsə, təəssüflər!
- (gülürəm) Tahir bəy, niyə əcnəbilərə qarşı bu qədər antipatiyanız var?
- Niyə də olmamalıyam? Bəs siz niyə əcnəbilərə qarşı belə mülayimsiz? (kinayəli)
- Mən mülayim deməzdim.
- Çox mülayimsiz. Ayına 50 min, 100 min alanlara qarşı çox mülayimsiz. Amma ayına 3 min, 5 min alanlara qarşı çox sərtsiz.
- Əcnəbi gəlib 50-100 min tələbi qoyursa, Tahir Süleymanov isə 3-5 minə işləməyə razılaşırsa, bunun günahı bizdədimi?
- Sizdədi.
- Niyə?
- Çünki qrupa düşənlər qazanmalıdı o 50-100 minləri, iş görməyənlər yox! Siz isə deyirsiz ki, əcnəbilər bu il nəticə qazanıblar. Mən də tarixi vərəqlədim ki, görüm nə uğur qazanıblar.
- Hər halda, “İnter”in tarixində uğur idi.
- Qardaş, qrupa düşməyən komandanın uğurlu çıxışından danışmamalıyıq. “Neftçi” bu il pley-offa qədər gəldi və biz bunu uğur saymadıq. Amma siz 10 il bundan əvvəl təmtəraqla qəbul olunan 2 mərhələ adlamağı uğur kimi qələmə verirsiz. Mən konkret hansısaklubdan danışmıram. Ümumi Azərbaycan futbolundan danışıram.
- Tahir bəy, Kaxanın bugünkü “İnter”ini bəyənmirsiz?
- Mən heç bir klubun işinə müdaxilə etmək istəmirəm.
- Siz artıq sərbəst insansız və fikrinizi sərbəst şəkildə deyə bilərsiz.
- Mən hər zaman sərbəst insan olmuşam.
- Yəni hər hansı klubun rəsmisi deyilsiz ki, başqa klub haqda fikir bildirməyəsiz.
- Mən deyirəm ki, qrupa düşməyən klubun işi uğursuzdu. Vəssalam!
- Mənə görə isə o heyətlə “İnter”in çıxışı uğurludu.
- Azərbaycanda 4-5 klub var ki, potensialına görə qrup mərhələsində daimi mübarizə aparmağa borcludu. Onların arasında “İnter” də var. Amma qrupa kim düşür? Müasir bazası olmayan “Neftçi”, qaçqın vəziyyətində olan “Qarabağ”.
- Yaxşı, razıyam ki, son 5 il “Neftçi”nin ən uğurlu dövrüdü, çempionluqlar, kuboklar, qrup mərhələsi... Deyirsiz ki, bu uğurları qazanmağınızı digər klubların gözü götürmürdü.
- Tək klubların yox.
- Bura futbol adamlarını da qatıram...
- Futbol ictimaiyyətinin böyük hissəsi.
- Yaxşı, bu gün həmin uğurları “Qarabağ”da qazanır – çempion olur, qrupa düşür. Niyə o gözügötürməzlik “Qarabağ”a qarşı da yoxdu?
- Yoxdu?
- Şəxsən mən heç bir “Qarabağ” rəsmisinin dilindən...
- Məgər dünən-srağagünə qədər demirdilərmi ki, “Qarabağ” oyunu alıb?
- Yox. Kim deyib bunu?
- Mənasız şəkildə deyirdilər. İstəməyənlər, gözü götürməyənlər bu iddianı qoyurdular ortaya.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO