26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Ruslan Abışov: “Dildə “üçüncü yeri tutmaq istəyirik” demək asandı”

“Təəssüflənirəm ki, Rusiyada Azərbaycan futbolunun imicinə zərbə vurduq. Əvvəlki oyunlarda ruslara qarşı yaxşı çıxış etmişdik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri milli komandamızın üzvü Ruslan Abışov deyib.

Abışov milliyə legionerlərin cəlb olunması barədə sualı belə cavablandırıb: “ Bu haqda fikir bildirməyəcəm. Elin gözü tərəzidi. Bununla bağlı baş məşqçi və assosiasiya rəhbərliyi qərar verir. Futbolçu kimi komanda yoldaşlarıma hörmət edirəm”.

 Çoxları kimi Ruslab Abışov da “Qarabağ”ın üzvü Reynaldonun milliləşdirilməsinin tərəfdarıdır: “ Reynaldo, Riçard Almeyda kimi futbolçular milliyə faydalı ola bilər. Hər ikisinin səviyyəsi göz önündədir. İlk növbədə yerli futbolçuların oynamasının tərəfdarıyam. Legionerlərə ehtiyac var, bu cür futbolçuların milliləşdirilməsi daha faydalı olar”.

“Millinin qarşısına qrup mərhələsini üçüncü pillədə başa vurmaq tapşırığı qoyulub. Komanda üzvləri arasında buna inam varmı” sualını Abışov belə cavablandırıb: “Yığmada yaxşı futbolçular cəmləşib. Düzdür, dildə “üçüncü yeri tutmaq istəyirik” demək asandır. Gərək meydanda əziyyət çəkəsən. Hər şey özümüzdən asılı olacaq. Ev oyunlarında maksimum xal toplamalıyıq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30