26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Vaqif Cavadov və Rəhman Hacıyev Türkiyə klubunda qol hesabını açdı

Vaqif Cavadov və Rəhman Hacıyevin çıxış etdiyi Türkiyənin “Qaziantep Böyükşehir Belediyyespor” klubu dünən növbəti yoxlama oyununa çıxıb. Futbolxeber.az-ın məkumatına görə, Qaziantep təmsilçisi aşağı liqa təmsilçisi “Silivrispor”la qarşılaşıb. Millimizin üzvü Vaqif Cavadov meydana start heyətində çıxdığı halda, Rəhman Hacıyev ikinci yarıda oyuna qoşulub. Matç “Qaziantep Böyükşehir Belediyyespor”un 6:0 hesabı ilə başa çatıb. Qaziantep klubunun ilk qoluna Vaqif Cavadov imza atıb. Üçüncü qolu isə Rəhman Hacıyev vurub. Bununla da həmyerlilərimiz yeni klublarında qol hesabını açıblar.

Qeyd edək ki, bu “Qaziantep Böyükşehir Belediyyespor”un mövsümlərarası fasilədə ikinci yoxlama oyunu idi. Buna qədər komanda “Pendikspor”u 2:1 hesabı ilə məğlub edib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30