26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Sumqayıt” Türkmənistan klubu ilə bərabərə qaldı

Azərbaycan Premyer Liqasının 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu Türkiyədə növbəti yoxlama oyununu keçirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda Türkmənistan təmsilçisi "Altın Asır"la üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb. “Sumqayıt”dan qolları Məhəmməd Qurbanov (2) və Tərzin Cahangirov vurub. "Sumqayıt" FK-nun start onbirliyi: Andrey Popoviç, Ruslan Poladov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Nodar Məmmədov, Tagim Novruzov, Tərzin Cahangirov, Təvəkkül Məmmədov, Orxan Əliyev, Tofiq Mikayılov, Məhəmməd Qurbanov.

Xatırladaq ki, "Sumqayıt" FK ilk hazırlıq oyununda "Perspolis"ə 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlib və sonuncu yoxlama oyunundan Batumi "Dinamo"su ilə 2:2 hesablı heç-heçə ilə ayrılıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30