27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“İstənilən şərtlər daxilində qələbə hesabını qorumalı idik”

“Mövsümün son oyunlarını oynamaq asan deyil. Mövsüm boyu yığılan yorğunluq öz təsirini göstərir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Simurq”la oyundan sonra “Xəzər Lənkəran”ın məşqçisi Oğuz Çətin deyib.

Türkiyəli məşqçi istədiklərini oyunu sərgiləyə bilmədiklərini bildirib: “Oyuna çox yaxşı başladıq. İstədiyimiz kimi oynadıq, bu zamanda da iki qol vurduq. Qələbə hesabını oyunun sonuna qədər qorumağı düşünürdük. Lakin hesab 2-1 olduqdan sonra rəqib daha da ümidləndi və ikinci hissədə çox hücum etdi, bizim üzərimizdə təzyiqini artırdı. Son dəqiqədə penaltiyə səbəb olmalı deyildik, istənilən şərtlər daxilində qələbə hesabını qorumalı idik. Rəqib ikinci hissədə çox istəkli oynadı, hesabı bərabərləşdirdi. “Simurq” kimi komandaya qarşı mövsümün sonunda oynamaq çətindir. Meydançanın da süni örtüklü olması oyunumuza təsir etdi. İstədiyimiz oyunu göstərə bilmədik. Burada məğlub olmamağı və mövsümü qələbə ilə başa vurmağı hədəfləmişik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30