26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Syomin: “İşimə davam edirəm”

“Gərgin oyun oldu. “Neftçi”yə əvvəlki oyunlarda məğlub olmuşduq. Turnir cədvəli baxımından bu gün qalib gəlmək vacib idi. Oyunun sonluğunu yaxşı bitirdik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”ylə oyundan sonra “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

 Syomin istefası barədə rəhbərliklə söhbət etmədiyini bildirib: “Rəqibin oyunçusu Karlos Kardoso ilə problem yaşamadım, futbolda belə şeylər olur. Kubokun finalına hələ çox qalıb. Ayın 7-də növbəti çempionat oyunumuz var, hazırda onu düşünürəm. Rəqiblə bu mövsüm artıq 4 dəfə qarşılaşmışıq, bir-birimizdən gizlətməli heç nəyimiz yoxdur. Gözəl oyun olacaq, əsas odur ki, azarkeşlər tribunaları doldursun. Mənim istefam haqqında rəhbərliklə heç vaxt söhbətimiz olmayıb. Müqaviləmiz var, rəhbərliklə normal münasibətdəyik, işimə davam edirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30