26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Kurtar: “Futbolçularımı qələbəyə çox inandırdım”

“Qalib gəldiyimiz üçün çox şadam. Bütün komandanı təbrik edirəm. İlk oyunda “Bakı”ya məğlub olmuşduq. Fikrimcə, həmin oyunda penaltimizi və rəqibə qırmızı vərəqə verilməmişdi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Bakı” ilə oyundan sonra “Rəvan”ın baş məşqçisi Güvənc Kurtar deyib.  

Türkiyəli mütəxəssis görüş ərzində mübahisəli epizodların olduğunu bildirib: “Futbolçularımı qələbəyə çox inandırdım, demək olar ki, optimal heyətlə meydana çıxdıq. Oyunsonrası penaltiləri də məşq etmişdik. Son 10 dəqiqəyə kimi riskə getmədik. Oyunda bir neçə mübahisəli epizod var idi. Buna baxmayaraq, qalib gəldiyimiz üçün şadıq, “Bakı” güclü komandadır. Biz ağıllı oynadıq, oyunsonrası penaltilərlə olsa belə mərhələni keçdik. Yeni futbolçuların komandaya uyğunlaşması üçün zamana ehtiyac var. Klubumuzun prezidentinə təşəkkür edirəm. Çox yaxşı rəhbərliyimiz var, bizə daima dəstək verirlər. İlk oyunda da qalib gələ bilərdik, biz yaxşı komandayıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30