26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

İntizam Komitəsinin növbəti iclası keçirilib

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

Əvəzedici heyətlərin XXIV turunun “Xəzər Lənkəran” - “İnter” matçının 78-ci dəqiqəsində “İnter” klubunun 14 №-li futbolçusu Asif Mirili idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionunun XIX  turunun “Şahdağ” – “Şuşa” matçında “Şuşa” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 90-cı dəqiqəsində “Şuşa” klubunun 18 №-li futbolçusu İlkin Cəlalzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionunun XIX  turunun “Mil-Muğan” – “Şəmkir” matçında “Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionunun XIX  turunun “Bakılı” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 74-cü dəqiqəsində MOİK klubunun məşqçisi Namiq Adilov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62). 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30