26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Mövsümün ikinci het-triki

Azərbaycan Premyer Liqasında mövsümün 2-ci het-triki qeydə alınıb. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyin məlumata görə, “Qarabağ”ın futbolçusu Reynaldo Silva “Neftçi” ilə görüşdə 3 qol vurmaqla 24-cü turun qəhrəmanı olub. Braziliyalı yarımmüdafiəçi 4:1 hesablı səfər qələbəsinin əsas səbəbkarlarından birinə çevrilib.

Cənubi amerikalıyadək cari mövsümdə yalnız 1 dəfə hettrik qeydə alınmışdı. 4-cü turun “Rəvan”la səfər görüşündə Baçana Tsxadadze vurduğu 3 qolla “İnter”in 5:1 hesablı qələbəsinə töhfə vermişdi. 2013-cü il avqustun 25-də baş tutan həmin görüşdən sonra 1 oyunda 3 qol vuran olmamışdı.

Reynaldo həm də Azərbaycan çempionatlarında het-trik müəllifi olan 3-cü braziliyalı oldu. Bunadək Premyer Liqada bu ölkədən olan futbolçuların 3 belə uğuru qeydə alınmışdı. “Olimpik”də çıxış edən Leandro Qomeş 2009-cu il martın 7-də “Bakılı”nı 3 dəfə məyus etmişdi. Azərbaycan çempionatında 2 het-trik edən yeganə braziliyalı isə 2005/06 mövsümündə “Turan” azarkeşlərini sevindirən Junivan Suares olmuşdu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30