27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Basketbol

“Azərbaycan Kubokunu qazana bilərik”

“Finala çıxaraq titulu qazana bilərik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Xəzri"nin baş məşqçisi Murat Dikmen basketbol üzrə Azərbaycan Kubokunda "Xırdalan"a 75:64 hesabı ilə qalib gəldikləri A qrupunun oyunu barədə danışarkən deyib.

Mütəxəssis çempionatda da lider olduqlarını xatırladıb: "Kubokda yarımfinala çıxmağımız təsadüf deyil. Bunu çox və doğru çalışaraq etmişik. Bütün rəhbərliyi, menecerləri, oyunçularımı, köməkçilərimi, azarkeşlərimizi təbrik edirəm. Bunu onlara hədiyyə edirik. Ümidvaram ki, kuboku qazanıb onlara daha dəyərli hədiyyə verərik. “Neftçi” ilə oyundan sonra yarımfinalda hansı komanda ilə oynayacağımız bəlli olacaq. Oranı da ayrıca düşünəcəyik".

"Xırdalan"ın baş məşqçisi Uğur Özdəmir isə rotasiya imkanlarının məhdud olduğunu vurğulayıb: "Oyunçularımız mübarizə aparmalarına baxmayaraq, son periodda çox yoruldular. Məhz bu dövrədə problem yaşadıq. Gözəl basketbol nümayiş etdirdik. Lakin son periodda həm biz konsentrasiyanı itirdik, həm də bəzi fərqli məqamlar nəticəyə təsir etdi. Bu fərqli məqamları artıq 2 oyundur ki, yaşayırıq. Kubok estafetini özümüz üçün bitmiş hesab edirik. Çempionat oyunlarına köklənməyə çalışacağıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30