3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Basketbol

DÇ-2018-in biletləri satışa çıxır

Gələn il Rusiyada keçiriləcək DÇ-2018-in oyunlarına biletlər satışa çıxır.
 
Futbolxeber.az xəbər verir ki, artıq sabahdan etibarən mundialı canlı izləmək arzusunda olanlar öz biletlərini almaq şansı qazanacaqlar.
 
İlk satış dönəmi 14 sentyabr – 16 noyabr tarixləri aralığında olacaq. Biletlərin növbəti partiyası isə 5 dekabr - 31 yanvar və 13 mart - 3 aprel aralığında satışa çıxacaq.
 
Biletlərin qiymətinə gəlincə, qrup mərhələsinin oyunları 175-455 ABŞ dolları arasında dəyişir. Final matçı üçün bilet isə 550-1100 dollar arasında olacaq.
 
Xaricdən Rusiyadakı mundialı canlı izləməyə gələnlər üçün 1, 2 və 3-cü kateqoriya biletlər satışa çıxarılacaq. 3-cü kateqoriyada ən ucuz biletlər qrup mərhələsində 105, 1/4 finalda 175, finalda isə 455 dollar olacaq. 1-ci və ən bahalı kateqoriya üçün biletlərin qiyməti isə qrupda 550, həlledici oyun üçün isə 1100 dollardan başlayır. 
 
4-cü kateqoriya biletlər isə ancaq Rusiya vətəndaşları üçün nəzərdə tutulub. Bu kateqoriyaya aid biletlərin qiyməti qrup mərhələsində 22, final qarşılaşması üçün isə 122 dollardan başlayır.
 
Azarkeşlər bu il qonşu ölkədə keçirilən Konfederasiyalar Kubokunda olduğu kimi, dünya çempionatında da oyunlara baxmaq üçün FAN-İD kartlarını əldə etməlidilər. Bu sistemdən keçməyən şəxslər oyunlara buraxılmayacaqlar. 
 
Biletlər FİFA-nın rəsmi saytı vasitəsilə satılacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31