8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Xarici futbol

77 yaşlı şərhçi irqçilikdə ittiham olunur

“Sky Sports”un şərhçisi Martin Teylor “Tottenhem”in hücumçusu Son Xın Minin ünvanına irqçi fikirlər səsləndirməkdə ittiham olunur.

Futbolxeber.az saytının Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, “Liverpul” - “Tottenhem” oyunun (4:3) gedişində koreyalı rəqibinə qarşı sürüşmə fəndi edərkən 77 yaşlı şərhçi “o, topa “döyüş sənəti tərzində” gedir” ifadəsini işlədib. Azarkeşlər sosial şəbəkədə bunu müzakirəyə çıxararaq, “döyüş sənəti tərzində” ifadəsində irqçiliyə eyham vurulduğunu bildiriblər.  

“Sky Sports” bununla bağlı rəsmi açıqlama yayıb: “Martin Teylora xatırladılıb ki, bu cür ifadələrin istifadəsinə ehtiyac yoxdu. O, kimisə təhqir etmək barədə düşünməyib”.

Xatırladaq ki, Teylor İngiltərə Premyer Liqasının və Çempionlar Liqasının oyunlarının “Sky Sports”da 1990-cı ildən şərh edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31