8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Xarici futbol

Əliyar Ağayevin idarə etdiyi oyunda PAOK sevindi

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Yunanıstan Superliqasının 33-cü turunda PAOK - “Aris” oyununu idarə edib.

Futbolxeber.az saytının məlumatına görə, ötən gün keçirilən oyunda PAOK 3:2 hesablı qələbə qazanıb.

Ağayev bu görüşdə 7 futbolçuya sarı, 1-nə isə qırmızı vərəqə göstərib. O, görüşün 90+3-cü dəqiqəsində "Aris"in oyunçusu Abubakar Kamaranı 2-ci sarı vərəqə ilə meydandan qovub. Ağayev 62-ci dəqiqədə "Aris"in qapısına penalti də təyin edib.

Xatırladaq ki, Əliyar Ağayev bu mövsüm Yunanıstan kubokunun "Olimpiakos" - "Aris" (2:1) görüşünün də baş hakimi olmuşdu.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31