8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Xarici futbol

Klopp: “4 nəfər normal oynadı, digərlərinin harda olduğunu bilmirəm”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 29-cu turunda “Mançester Siit”dən aldıqları 1:4 hesabı ilə məğlubiyyəti şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, alman mütəxəssis komandasında yalnız 4 futbolçunun matçı normal keçirdiyini söyləyib:

“Artıq neçənci dəfədir ki, biz bu stadionda ilk hissəni belə keçiririk. “Siti” topa daha çox yiyələnsə də, bizim yaxşı əks-hücumlarımız olurdu. Komanda sakit görünürdü, epizodlarımız var idi və rəqibə çətinlik yaradırdıq. Əla qol vurduq, daha bir neçə şansımız oldu. Lakin bəxtimiz gətirmədi və rəqib hesabı bərabərləşdirdi. Fasilədən sonra qapımızda 2 qol gördük və bu, komandanı sındırdı. Buraxdığımız qollarla barışmaq asan deyil. Hesabda önə keçdikdən sonra rəqib tamamilə üstünlüyə yiyələndi. Cəmi 4 futbolçu oyunu normal keçirdi, digərlərinin isə harda olduğunu bilmirəm”.

Qeyd edək ki, hazırda “Liverpul” 42 xalla turnir cədvəlində altıncı yeri tutur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31