8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Xarici futbol

Dabo izlədi, Donyo “Apollon”da ilk qolunu vurdu

Kipr çempionatında 21-ci turun oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, bir müddət əvvəl “Neftçi”dən gedən Qodsvey Donyonun formasını geydiyi “Apollon” öz meydanında “Karmiotissa”nı qəbul edib.

Ötən tur APOEL-lə görüşdə sonradan meydana çıxmaqla yeni klubunda debüt edən Donyo bu dəfə start heyətində yer alıb. Qanalı forvard 16-cı dəqiqədə fərqlənməklə yeni klubunda qol hesabını açıb. Lakin onun qolu qələbə üçün yetərli olmayıb. Belə ki, “Apollon” matçın 65-ci dəqiqəsinə kimi hesabda 3:1 öndə olmasına baxmayaraq, yekunda meydanı xalsız tərk edib - 3:4.

Donyonun 62-ci dəqiqədə əvəzləndiyi matçı “Neftçi”nin digər sabiq hücumçusu Baqali Dabo əvvəldən sona kimi “Apollon”un ehtiyat oyunçular skamyasından izləyib.

Bu yenilgidən sonra əvvəlki kimi 35 xalda qalan “Apollon” 14 komanda arasında 7-ci yeri tutur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31