8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Xarici futbol

“Neftçi”nin sabiq futbolçusu karyerasını başa vurdu

Gürcüstan millisinin sabiq üzvü Georgi Navalovski karyerasını başa vurub.

Futbolxeber.az saytının məlumatına görə, gürcü müdafiəçi 36 yaşında peşəkar futbolla vidalaşıb.

Karyerasına Tbilisi “Dinamo”sunda başlayan Navalovski 2 dəfə Azərbaycan klublarında da forma geyib.

2010-cu ildə müqavilə ilə məxsus olduğu “Anji” tərəfindən Bakı “İnter”inə (indiki “Şamaxı” - red.) icarəyə verilən solaxay futbolçu 7 il sonra “Neftçi”yə üz tutub. Navalovski 2017-ci ildə flaqmanın heyətində 13 görüşdə meydana çıxıb.

Azərbaycanla yanaşı, Rusiya, Yunanıstan və Belarusda legioner həyatı yaşayan təcrübəli müdafiəçi karyerasını 2019-cu ildən çıxış etdiyi Batumi “Dinamo”sunda başa vurub.

Qeyd edək ki, Navalovski 2008-ci ildən dəvət aldığı Gürcüstan yığmasında 36 görüşdə forma geyib.    

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31