8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Xarici futbol

Arsen Venger Azərbaycan millisinin yer aldığı qrupdan danışdı

FİFA-nın qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Venger Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsində yer aldığı F qrupunu dəyərləndirib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, o, Belçika, İsveç, Avstriya, Azərbaycan və Estoniyanın yer aldığı qrup haqda bunları deyib: 

“Bu, çox balanslı bir qrup olacaq. Mən Avstriya üçün yaxşı imkanlar görürəm. Baş məşqçiləri Ralf Ranqnik də uzaqgörən insandır. O, Avstriya yığmasını Avropa çempionatına aparmaq yolunda ən doğru məşqçidir. Onun gənc və istedadlı oyunçulara diqqət yetirməsi Avstriyanın daha da rəqabətədavamlı olmasını təmin edəcək”.

Qeyd edək ki, Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31