8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Xarici futbol

Benzema: "Uşaqlıq arzum gerçəkləşdi"

Fransa millisinin və "Real"ın hücumçusu Kərim Benzema "Qızıl top"u qazanması haqda danışıb. 

Futbolxeber.az saytının məlumatına görə, 34 yaşlı futbolçu mükafatın təqdimetmə mərasimində deyib: "Hamınız çox sağ olun. Bu, asan yol deyildi. Bir müddət millidə oynamadım və yığmaya qayıtdığım üçün fəxr edirəm. İşimlə və çətin anları dəf edə bildiyimə görə qürurluyam. Klubdakı və millidəki komanda yoldaşlarıma, eləcə də ailəmin bir parçası hesab etdiyim, mənə şans verən və həmişə yanımda olan gözəl prezidentimə təşəkkür etmək istəyirəm. Bu kubok fərdi, təşəkkür isə kollektivdir.

Uşaqlıq arzum gerçəkləşdi. Çətindir, amma qeyri-mümkün deyil. Mən qol vurmaqdansa, komandada oynamağa üstünlük verirəm. Bu kubok səyləriniz üçün bir mükafatdır.

Anam mənə çox kömək etdi və şadam ki, bu axşam yanımdadır. 30 ildən artıq stajı olan belə bir mükafatı almaq çox zəhmətin nəticəsidir. Mümkün olduğu müddətdə başqalarından bir az daha çox məşq edirəm və bu, motivasiya tələb edir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31