5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Xarici futbol

"İki oyunu Azərbaycanda keçirməyimiz üstünlükdür" - Şenol Günəş

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-dən danışıb.
 
Futbolxəbər.az saytının məlumatına görə, 68 yaşlı mütəxəssis "Haber Global" telekanalına açıqlamasında deyib: 
 
“Çox maraqlı bir qrupda yer almışıq. Qrupdan çıxmaya da bilərik, finala qədər irəliləyə də bilərik. FİFA reytinqində İtaliya 7-ci sıradadır, həmçinin İsveçrə və Uels də bizdən öndədir. İtalyanlar topa yüksək səviyyədə sahib olan komandadır. Böyük komandalara qarşı nələr bacardığımız ortaya çıxacaq. Uels və İsveçrə də güclü rəqiblərdir. İki oyunu Azərbaycanda keçirməyimiz üstünlükdür. Bu turnir bizim üçün əvvəlkilərdən fərqli olacaq. Əsas hədəfimiz isə dünya çempionatına vəsiqə qazanmaqdır”.
 
Qeyd edək ki, ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək Türkiyə yığması iyunun 16-da Uels, 20-də isə İsveçrə ilə Bakıda qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31