8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Xarici futbol

AVRO-2020-nin keçiriləcəyi şəhərlərin sayı azaldıldı

UEFA İcraiyyə Komitəsi Avro-2020-nin oyunlarının keçiriləcəyi şəhərlərin yekun siyahısını təsdiqləyib.

Futbolxeber.az saytının məlumatına görə, İcraiyyə Komitəsinin bugünkü iclasında təşkilatçı şəhərlərin sayının 12-dən 11-ə endirilməsi açıqlanıb.

Əvvəlcədən bilindiyi kimi, azarkeşlərlə bağlı təminat verməyən İrlandiyanın Dublin şəhəri ev sahibləri siyahısından çıxarılıb. Buradak keçirilməli olan qrup görüşləri Rusiyanın Sankt-Peterburq, 1/8 final mərhələsindəki oyun isə Londona həvalə olunub.

İspaniyanın Bilbao şəhəri də eyni səbəbdən ev sahibliyindən məhrum edilib. Bilbaoda keçirilməsi nəzərdə tutulan oyunlar Sevilyada olacaq.

Beləliklə, AVRO-2020-nin oyunlarına Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək.

Xatırladaq ki, 11 iyun-11 iyul tarixlərində keçiriləcək Avropa çempionatının üç qrup və bir 1/4 final matçı Bakıda olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31