2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

Arda Turan "Qalatasaray"a qayıtdı

Uzun sürən danışıqlardan sonra nəhayət ki, Arda Turanın "Qalatasaray"a qayıdışı reallaşır. Futbolxeber.az-ın məlumatına görə, tərəflər arasında aparılan danışıqlar artıq yekunlaşıb. Bir müddət əvvələ kimi "Qalatasaray"ın prezidenti Ünal Aysalın cəhdləri faydasız qalırdı. Lakin son günlər məsələyə "Cim-Bom"un baş məşqçisi Fatih Terim də qarışıb. Məhz Terimin təkidindən sonra Arda doğma yuvasına qayıtmağa razılıq verib. İndi yeganə problem "Atletiko"dur. Madrid klubunun baş məşqçisi Dieqo Simone türkiyəli futbolçu ilə vidalaşmaq istəmir. Amma Arda argentinalı mütəxəssislər görüşərək, "Türkiyəyə qayıtmaq istəyirəm. İmkan verin, gedim. Əgər məcburən məni komandada saxlasanız, bu zaman sizə lazımı səviyyədə faydalı ola bilməyəcəyəm" deyib.

Arda Turan artıq "Qalatasaray"la şəxsi müqaviləsinin detallarını razılaşdırıb. Tərəflər 4 illik müqaviləyə imza atacaqlar. Arda "Qalatasaray"da ildə 4 milyon avro qazanacaq. O həm də komandanın kapitan sarğısını daşıyacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31