4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Xarici futbol

Rauf Əliyev oynadı, “Kukesi” qələbə qazandı

Futbol üzrə Albaniya çempionatında 2-ci turun oyunları keçirilib.
 
Futbolxeber.az xəbər verir ki, azərbaycanlı hücumçu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Laçi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.
 
Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Rauf start heyətdə meydana çıxıb. O, komandasının qələbəsində də xüsusi pay sahibi olub. Belə ki, 61-ci dəqiqədə məhz onun qapıya ünvanladığı top hesabın açılması ilə nəticələnib. “Kukesi”nin sosial şəbəkələrdəki səhifələri həmin qolu məhz Raufun vurduğunu vurğulasa da, digər internet resurslarında avtoqol qeydə alındığının şahidi oluruq. O, 38-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
Qeyd edək ki, “Kukesi” hazırda 7 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31