8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Xarici futbol

Federasiya prezidenti: "Qarabağ" “Barselona” deyil

Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Şerif" - "Qarabağ" matçını dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, yerli mətbuata danışan qurumun prezidenti Tiraspol təmsilçisinin şanslarını yüksək dəyərləndirib:

"Şerif"in mərhələ adlamaq üçün kifayət qədər imkanı var. Ümid edirik ki, komandamız istədiklərimizi həyata keçirə biləcək. Çünki futbolçularımız nə "Real", nə "Barselona", nə "Atletiko", nə də "Bavariya" ilə qarşılaşacaqlar. Bu komanda "Qarabağ"la üz-üzə gələcək. Etiraf etmək lazımdır ki, "Qarabağ"ın heyətində yaxşı braziliyalı futbolçular var. Ancaq nəzərə alaq ki, onlar Braziliyadan yox, Azərbaycandan olan klubu təmsil edirlər".

Qeyd edək ki,  "Şerif" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Bu komandalar arasında Bakıda baş tutmuş ilk matçda qolsuz bərabərlik qeydə alınıb.


sportal.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31