2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

Mutko: “Bununla bağlı azərbaycanlı həmkarlarımızın yaxşı təklifi var”

Gələcəkdə klublar arasında “Birlik kuboku” yarışı bərpa oluna bilər.
 
Futbolxeber.az-ın məlumatına görə, bunu “Sport-weekend” nəşrinə açıqlamasında Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko deyib. O, məsələ ilə bağlı UEFA-nın prezidenti Aleksander Çeferinlə danışıqlar aparıldığını söyləyib:
 
“Biz klubları həmin yarışa qaytarmaq istəyiriksə, bunu necə edəcəyimizi fikirləşməliyik. Məsələn, bu yarışı Soçidə keçirmək olar. Bununla bağlı azərbaycanlı həmkarlarımızın yaxşı təklifi var. Mükafat fondunu da yüksək etmək olar. Gənclərdən ibarət milli komandaların iştirakı uğursuz variant oldu”.
 
Qeyd edək ki, keçmiş SSRİ ölkələri çempionlarının iştirakı ilə “Birlik kuboku” yarışı 1993-cü ildən başlayaraq 2011-ci ilə kimi keçirilib. Sonradan klublar tərəfindən yarışa maraq azaldığından turnirə gənclərdən ibarət milli komandalar qatılıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31