8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Xarici futbol

“Qəbələ”dən 9 cavabsız qol

“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın aşağı yaş qrupları üzrə təşkil etdiyi liqalarda növbəti qarşılaşmalarını keçirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, U-19 səfərdə “Kəpəz”i 4:0 hesabı ilə məğlub edib. 14 matçdan sonra xal hesabını 34-ə çatdıran “Qəbələ” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. AZAL üzərində səfər qələbəsindən sonra (7:0) ev oyununda “Xəzər Lənkəran”ı sınağa çəkən U-17 9:0 hesabı ilə qalib gəlib. 12 matçdan sonra hesabında 29 xal olan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb. U-16 “Neftçi” ilə səfər matçından xalsız dönüb – 1:2. 11 oyunda 22 xal qazanan əyalət təmsilçisi I dövrəni 3-cü pillədə başa vurub. 
 
Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13 də növbəti matçlarına çıxıb. “Təhsil” FM ilə qolsuz heç-heçə edən U-14 “qırmızı-qaralar” 13 oyunda yığdığı 28 xalla 3-cüdür. Eyni rəqibin müvafiq komandası ilə görüşən U-13 isə 5:0 hesabı ilə qələbə qazanıb. Aktivində 13 oyundan sonra 26 xal olan “Qəbələ” 4-cü yerdə qərarlaşıb.
 
Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında Şilam təmsilçisi bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında “Qəbələ” Oğuzun UGİM-ini 4:1, UGİM Qaxın UGİM-ini 2:0 hesabı ilə yenib. 12 turdan sonra “Qəbələ” 36 xalla 1-ci, UGİM 29 xalla 3-cüdür. U-11 Liqasında “Qəbələ” komandaları birlikdə 30 cavabsız qol vurub. “Qəbələ” “Viktoriya Zaqatala”nı 18:0, UGİM “Balakən”i 12:0 hesabı ilə üstələyib. 12 turdan sonra “Qəbələ” 36 xalla 1-ci, UGİM 33 xalla 2-cidir. 3 komanda ilə təmsil olunduğumuz U-10 Liqasında “Qəbələ” Şəki 3 nömrəli məktəbin komandasını 13:0, UGİM Oğuzun UGİM-ini 2:1, Gİİ isə UGİM “Rabitəçi”ni (Yevlax) 3:2 hesabı ilə məğlub edib. 12 turdan sonra “Qəbələ” 36 xalla 1-ci, Gİİ 27 xalla 3-cü, UGİM 22 xalla 5-cidir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31