2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

Bülənt Qorxmazın “Bakı” rekordu toxunulmaz qaldı

Türkiyə millisinin və “Qalatasaray”ın əfsanəvi futbolçularından olan Bülənt Qorxmazın uğursuz məşqçilik karyerası davam etməkdədi. Futbolxeber.az-ın məlumatına görə, 2 gün əvvəl “Mersin İdman Yurdu”ndan da qovulan çalışdırıcı karyerası ərzində 9-cu dəfə baş məşqçi postundan kənarlaşdırılıb.

Türkiyəli həmkarlarımız onun baş məşqçi kimi formalaşmayan karyerası ilə bağlı statistik yazı hazırlayıblar. O, 9 illik məşqçilik dövründə Azərbaycanda “Bakı”, vətənində “Qalatasaray”, “Gənclərbirliyi”, “Bursaspor”, “Mersin İdman Yurdu”, “Karabükspor”, “Medipol Başakşehir” və 2 dəfə “Ərciyyəspor”dan qovulub.

Korkmazın məşqçilik karyerasında ən uzun müddət postunda qalması isə 6 ayı əhatə edib. Mütəxəssisin bu rekordu da Azərbaycanda qeydə alınıb. 2012-ci il sentyabrın 29-dan 2013-cü il martın 22-dək “zolaqlılar”a rəhbərlik edən çalışdırıcı 7 ayını tamamlamağa  gün qalmış işsiz günlərinə davam edib. Bu da onun karyerasında ən uzun müddətli baş məşqçilik fəaliyyətidi. “Medipol Başakşehir”də 6 aylıq səddi adlayan Korkmaz 7-ci ayının 17 gününü iş başında olub.

2015-ci ilin sentyabrında Mersin təmsilçisi ilə 1 illik müqavilə imzalayan türkiyəli “Bakı”dakı rekordunu yeniləmək imkanı əldə etmişdi. Lakin cəmi 4 aydan sonra postundan ayrılan çalışdırıcı Azərbaycan nailiyyətini toxunulmaz saxlayıb.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31