2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

UEFA "Fənərbaxça"nın gənc ulduzunu seçdi

 

Cari mövsümdə Avroliqada 1/2 finala kimi irəliləməyi bacaran "Fənərbaxça"nın bu uğurunda gənc futbolçu Salih Uçanın da xüsusi yeri var. Futboxleber.az-ın məlumatına görə, gənc futbolçu cari mövsüm Avroliqadakı çıxışı görə UEFA tərəfindən seçilən "8 ulduz" arasında yer alıb. UEFA-nın rəsmi saytının hazırladığı xüsusi yazıda Salih haqda da söhbət açılıb. Onun xüsusən də "Viktoriya Plzen"ə vurduğu qol xüsusi qabardılıb. Hazırda 19 yaşında olan futbolçunun parlaq gələcəyin gözlədiyini qeyd edən UEFA-nın saytı Salih Uçanın gələcəkdə "Fənərbaxça"nın lideri ola biləcəyini əminliklə vurğulayıb. Salih Uçanın da yer aldığı 8 nəfərlik siyahı aşağıdakı kimidir:

Salih Uçan - "Fənərbaxça" (Türkiyə)

Raul Bobadilla - "Yanq Boyz" (İsveçrə)

Aleksandr Draqoviç - "Bazel" (İsveçrə)

Yevgeni Konoplyanka - "Dnepr" (Ukrayna)

Viktor Mozes - "Çelsi" (İngiltərə)

Mohammed Salah - "Bazel" (İsveçrə)

Eduardo Salvio - "Benfika" (Portuqaliya)

Jelle Vossen - "Genk" (Belçika)

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31