26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Basketbol

Almaniya millisinin kapitanı: “Hədəfimiz Bakıda çempion olmaqdı”

Almaniyanın U-17 millisinin kapitanı Atakan Akkaynak Futbolxeber.az saytına müsahibə verib.

- Azərbaycan haqda hansı məlumatlara maliksiniz?

- Bilirəm ki, Azərbaycan olduqca gözəl ölkədir. Burada olduğumu üçün çox şadıq.

- Qitə birinciliyindən nə gözləyirsiz?

- Turniri yüksək səviyyədə keçirmək istəyirik. Bütün gücümüzü meydanda qoymalıyıq. Komandamız bu turnirdə özünü peşəkar səviyyədə göstərməlidir.

- Almaniya millisinin turnirdəki hədəfi nədən ibarətdir?

- Hədəfimiz çempion olmaqdır. Məqsədimizə çatmaq üçün hər matçda bütün gücümüzü meydanda qoyacağıq.

- Almaniya son 6 ildə 3 dəfə Avropa çempionatında final  oynasa da, heç birində qalib olmayıb. Uğursuz seriyaya Bakıda son qoymaq mümkün olacaq?

- Həqiqətən də elədir. 3 dəfə Almaniya finala yüksəlsə də, heç birində qalib ola bilməyib. Amma bu uğursuzluğa son qoymaq zamanıdır. Bunun üçün bütün tam gücümüzlə çalışmalıyıq.

- Çempionatın favoriti qismində hansı komandaları görürsən?

- Avropa çempionatında çıxış edəcək hər bir komanda gücülüdür. Ona görə də konkret hansısa komandanı fərqləndirmək çətindir. 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30