4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Basketbol

“Yersiz top itkiləri məğlubiyyətə səbəb oldu”

“Yersiz top itkiləri oyunumuza təsir etdi və bu, matçı məğlubiyyətlə başa vurmağımıza səbəb oldu”.

Futbolxeber.z saytının məlumatına görə, bu sözləri "Xəzri"nin baş məşqçisi Murat Dikmen "Neftçi"yə 61:65 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final oyunu ilə bağlı danışarkən deyib.

Türkiyəli mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik edib: "Bu matç gecə ilə gündüz kimi idi. İlk yarıda istədiyimiz kimi oynadıq. Üçüncü perioddan sonra isə müdafiədəki aqressivliyimizi itirdik və hücumda yanlış qərarlar verdik. Çox top itirdik. Ona görə də rəqib bundan yaxşı istifadə edib görüşə ortaq oldu".

Murat Dikmen son periodda matça nəzarət edə bilmədiklərini söyləyib: "30 dəqiqə hesabda öndə olduqdan sonra rəqibin üstünlüyü ələ alması oyunuçlarımda təzyiq yaratdı. Əslində orada elə də çox fərq yox idi. "Neftçi" foul limitində idi, ancaq biz hücumda yanlış addımlar atırdıq. Hələ yolun əvvəlindəyik. Təbii ki, bunlar bəhanə deyil. Daha çox çalışıb hədəfə yönəlməliyik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31