Digər idman növləri
MOK-da "Etik və psixoloji bacarıqlara güclü idmançı" layihəsinin təltifetmə mərasimi keçirilib
Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında "Etik və psixoloji bacarıqlara güclü idmançı" layihəsinə həsr olunmuş təltifetmə mərasimi baş tutub.
Futbolxeber.az saytına bu barədə MOK-dan məlumat verilib.
Tədbirdə komitənin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, idman idarəsinin müdiri Həsənağa Rzayev, Atletlər Komissiyasının sədri Fəridə Əzizova, Etika Akademiyasının rəhbəri Günel İbrahim, komissiya üzvləri, Olimpiya çempionları və mükafatçıları, eləcə də layihə iştirakçıları iştirak ediblər.
Fəridə Əzizova Etika Akademiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təlim proqramının uğurla yekunlaşdığını bildirib. O qeyd edib ki, layihə çərçivəsində idmançılar üçün etik davranış qaydaları, psixoloji dayanıqlılığın gücləndirilməsi, nitq qabiliyyətlərinin inkişafı və yarışlardan əvvəl stressə davamlılığın artırılmasına yönəlmiş həm nəzəri, həm də praktiki dərslər keçirilib.
Daha sonra Atletlər Komissiyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Günel İbrahim çıxışında layihənin əsas məqsədinin idmançılarda dəyərlərə sadiqlik, nitq mədəniyyəti, salamlaşma və protokol qaydalarının formalaşdırılması olduğunu vurğulayıb. O, bu bacarıqların gənc idmançıların həm idman, həm də ictimai fəaliyyətində mühüm rol oynadığını diqqətə çatdırıb.
Atletlər Komissiyasının üzvü Rafiq Hüseynov tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Olimpiya Komitəsinə və Etika Akademiyasına minnətdarlığını bildirib. O, layihənin təşəbbüsünü müsbət qiymətləndirərək, komissiya olaraq gələcəkdə də bu kimi faydalı layihələrin həyata keçirilməsinin planlaşdırıldığını qeyd edib.
Çingiz Hüseynzadə layihənin uğurlu nəticələr verdiyini vurğulayıb. O, layihə iştirakçılarının çıxışlarında nitq mədəniyyətinin inkişafının aydın şəkildə hiss olunduğunu bildirib. MOK rəsmisi gələcəkdə də Etika Akademiyası ilə əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.
Tədbirdə layihə iştirakçıları da çıxış edərək onlara yaradılan imkanlara görə minnətdarlıqlarını bildiriblər.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub. Layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Günel İbrahimə MOK tərəfindən təşəkkürnamə təqdim edilib.
Qeyd edək ki, layihə Beynəlxalq Olimpiya Komitəsinin (BOK), Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının təşəbbüsü və Etika Akademiyasının dəstəyi ilə həyata keçirilib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Qurban Qurbanov Qara Qarayevin təyinatından danışdı
- Rəhman Hacıyev “Səbail”dən getdi, yeni klubu da məlumdur
- Vernidub sabiq futbolçusunu “Neftçi”yə gətirir?
- "Neftçi" Çempionlar Liqasının iştirakçısı ilə qarşılaşacaq
- Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu - ÖZƏL
- “Neftçi” - “Kayrat” oyununun vaxtı müəyyənləşdi
- "Neftçi"nin "Piramids"lə oyununun vaxtı və yeri məlum oldu
- “Neftçi”nin media koordinatoru: “Azarkeşlərimiz bu cür xəbərlərə inanmasınlar”
- "Qarabağ"ın müdafiəçisinə Braziliyadan təklif
- Azər Bağırov: “Rüfət Abdullazadəni hər komanda heyətində görmək istəyər”
- Rza Cəfərov “Qəbələ” yolunda: danışıqlar yekunlaşmaq üzrədir
- Azərbaycan idmançıları və idman mütəxəssisləri təltif edilib - SİYAHI
- “Atletik” “Qarabağ”ın şikayəti əsasında cərimələndi
- Qara Qarayev “Araz-Naxçıvan”dan getdi
- “Neftçi” “Şaxtyor”un yarımmüdafiəçisi ilə güclənmək istəyir
-
18:05
Unai Emeri Avroliqanın rekordçusu oldu
-
17:48
“Neftçi” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
17:29
AFFA rəsmisi: "Rəqabətli və maraqlı oyunların sayının artacağını gözləyirik"
-
17:14
Demçenko: "Hava şəraiti və stadionun vəziyyəti yaxşı oyun göstərməyə imkan vermədi"
-
16:52
"Quba" "Lənkəran"ı məğlub edib
-
16:32
"Araz-Naxçıvan" İmişli səfərində xal itirdi (YENİLƏNİR)
-
15:36
“Land of fire” Dünya Kubokunda mübarizəyə başlayır
-
15:10
AFFA-nın təşkil etdiyi liqalarda yeniliklər tətbiq olunacaq
-
14:47
MOK-da "Etik və psixoloji bacarıqlara güclü idmançı" layihəsinin təltifetmə mərasimi keçirilib
-
14:21
"Karvan-Yevlax" Füzuli Məmmədovun təyinatını açıqladı
-
13:53
Azərbaycan Güləş Federasiyasının rəhbərliyi Qarabağda olub
-
13:39
“Araz-Naxçıvan”da ciddi itkilər: ikisi zədəli, biri müəmmalı
-
13:15
“İmişli” - “Araz-Naxçıvan”: Heyətlər açıqlandı
-
12:46
Əliyar Ağayev “Lion”un qələbəsinə şahidlik etdi
-
11:22
"Fənərbağça"nı Fransa klubuna dəyişdi
-
10:58
Aleksandr Mostovoy: “Qarabağ”ın qoluna həm təəccübləndim, həm də sevindim”
-
10:31
Avroliqada 2 klub 1/8 finala vəsiqəni təmin etdi
-
10:17
"Fənərbağça" "Aston Villa"ys uduzdu VİDEO
-
10:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
23:00
“Neftçi”dən azarkeşlərinə müjdə
-
22:45
“Sumqayıt” qələbə qazanıb
-
21:26
Millimiz Danimarkaya uduzdu
-
20:58
Çempionlar Liqası: Elvin Cəfərquliyev həftənin rəmzi komandasında
-
20:13
“Neftçi” yeni ildə ilk rəsmi matçına hazırdır
-
19:37
Çempionlar Liqasında həftənin ən yaxşı o seçildi
-
18:42
Dzekonun yeni klubu müəyyənləşdi
-
18:04
Bakıda "Cüdo məktəblərdə" layihəsinə start verilib
-
17:29
PFL təqdim edir: "Qarabağ"ın qələbəsi dünya manşetlərində VİDEO
-
17:11
Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
-
16:55
Bölgə klubu yeni legionerlə güclənib
-
16:36
Qurbanovun 500-cü qələbəsi
-
16:00
Ehtiram Quliyev: “Hədəf həm çempionatda, həm də kubokda maksimum nəticədir” VİDEO
-
15:43
Xetaq Qazyumov millimizin toplanışını dəyərləndirdi
-
15:28
ABŞ səfirliyi "Qarabağ"ı təbrik edib
-
15:17
Azərbaycanın beynəlxalq dərəcəli basketbol hakimləri fiziki testdən uğurla keçiblər
-
14:54
Azərbaycan klublarının Çempionlar Liqasında 150-ci qolu
-
14:32
17-ci turun hakim təyinatları
-
14:09
Van Deyk: “Qarabağ”la oyunda hər şey bizdən asılı olacaq”
-
13:43
"Araz-Naxçıvan"da yeni məşqçi
-
13:21
Bakı klubunda avtraliyalı legioner
-
13:15
“Qarabağ”ın hücumçusu ÇL-in bombardirləri siyahısında
-
12:58
Millimizin üzvü "Səbail"lə anlaşdı
-
12:37
Azərbaycanlı hakimi Ermənistan millisinin oyununa təyinat alıb
-
12:14
Yeniyetmə atletlər arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
12:00
Musa Qurbanlı: “Bu cür komandalara ancaq ürəklə qalib gələ bilərsən”
-
11:42
Medina ÇL-in ilk "5-liy"ində
-
11:29
“Ayntraxt”ın futbolçusu: “Qarabağ” bizi düzgün cəzalandırdı”
-
11:13
"Liverpul" Fransadan 3 xalla qayıtdı VİDEO
-
10:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
ÇL-də həftənin ən yaxşısı adına namizədlər müəyyənləşdi
23.01.2026
22.01.2026






















